Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next Toggle notes
Chapter 11
Matt Northern 11:1  İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi.
Matt Northern 11:2  Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib
Matt Northern 11:3  Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»
Matt Northern 11:4  İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin:
Matt Northern 11:5  korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır.
Matt Northern 11:6  Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
Matt Northern 11:7  Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı?
Matt Northern 11:8  Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır.
Matt Northern 11:9  Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.
Matt Northern 11:10  Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm, O Sənin qabağında yolunu hazırlayacaq”.
Matt Northern 11:11  Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür.
Matt Northern 11:12  Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir.
Matt Northern 11:13  Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi.
Matt Northern 11:14  Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur.
Matt Northern 11:16  Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız. Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız” deyib başqalarını səsləyən uşaqlara bənzəyir.
Matt Northern 11:17  Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız. Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız” deyib başqalarını səsləyən uşaqlara bənzəyir.
Matt Northern 11:18  Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”.
Matt Northern 11:19  Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur».
Matt Northern 11:20  Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı.
Matt Northern 11:21  «Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər.
Matt Northern 11:22  Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq.
Matt Northern 11:23  Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı.
Matt Northern 11:24  Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq».
Matt Northern 11:25  O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin.
Matt Northern 11:26  Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi.
Matt Northern 11:27  Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz.
Matt Northern 11:28  Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.
Matt Northern 11:29  Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.
Matt Northern 11:30  Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».