Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next Toggle notes
Chapter 9
Matt Northern 9:1  İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi.
Matt Northern 9:2  Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı».
Matt Northern 9:3  Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır».
Matt Northern 9:4  Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz?
Matt Northern 9:5  Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək?
Matt Northern 9:6  Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!»
Matt Northern 9:8  Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi.
Matt Northern 9:9  İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.
Matt Northern 9:10  İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular.
Matt Northern 9:11  Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»
Matt Northern 9:12  Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var.
Matt Northern 9:13  Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».
Matt Northern 9:14  O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?»
Matt Northern 9:15  İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
Matt Northern 9:16  Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar.
Matt Northern 9:17  Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar».
Matt Northern 9:18  Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq».
Matt Northern 9:19  İsa qalxıb şagirdləri ilə onun ardınca getdi.
Matt Northern 9:20  Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu.
Matt Northern 9:21  Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram».
Matt Northern 9:22  İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı.
Matt Northern 9:23  İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü
Matt Northern 9:24  və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər.
Matt Northern 9:25  Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı.
Matt Northern 9:26  Bu xəbər o torpağın hər tərəfinə yayıldı.
Matt Northern 9:27  İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!»
Matt Northern 9:28  Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb».
Matt Northern 9:29  O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun».
Matt Northern 9:30  Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı.
Matt Northern 9:31  Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar.
Matt Northern 9:32  Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər.
Matt Northern 9:33  Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi».
Matt Northern 9:34  Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur».
Matt Northern 9:35  İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi.
Matt Northern 9:36  Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər.
Matt Northern 9:37  O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır.
Matt Northern 9:38  Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».