Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next Toggle notes
Chapter 4
Matt Northern 4:1  Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı.
Matt Northern 4:2  İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı.
Matt Northern 4:3  O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün».
Matt Northern 4:4  İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır».
Matt Northern 4:5  Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub
Matt Northern 4:6  dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır».
Matt Northern 4:7  İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır».
Matt Northern 4:8  İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi:
Matt Northern 4:9  «Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm».
Matt Northern 4:10  İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».
Matt Northern 4:11  Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.
Matt Northern 4:12  İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı.
Matt Northern 4:13  Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı.
Matt Northern 4:14  Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi:
Matt Northern 4:15  «Zevulun və Naftali bölgələri, Dənizkənarı yol, İordan çayının o biri tayı, Müxtəlif millətlər yaşayan Qalileya –
Matt Northern 4:16  Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu».
Matt Northern 4:17  O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».
Matt Northern 4:18  İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi.
Matt Northern 4:19  İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız».
Matt Northern 4:20  Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər.
Matt Northern 4:21  İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı.
Matt Northern 4:22  Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər.
Matt Northern 4:23  İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi.
Matt Northern 4:24  Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi.
Matt Northern 4:25  Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi.