EXODUS
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
Chapter 24
| Exod | Northern | 24:1 | Rəbb Musaya dedi: «Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin. | |
| Exod | Northern | 24:2 | Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş, o biriləri yaxınlaşmasınlar. Xalq isə səninlə buraya çıxmasın». | |
| Exod | Northern | 24:3 | Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik». | |
| Exod | Northern | 24:4 | Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu. | |
| Exod | Northern | 24:5 | Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi. | |
| Exod | Northern | 24:6 | Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. | |
| Exod | Northern | 24:7 | O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» | |
| Exod | Northern | 24:8 | Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı». | |
| Exod | Northern | 24:9 | Bunu edib Musa Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfərlə birgə çıxıb, | |
| Exod | Northern | 24:10 | İsrailin Allahını gördülər. Onun ayaqları altında göy yaqutdan döşəməyə bənzər, səmanın özü kimi aydın bir şey var idi. | |
| Exod | Northern | 24:11 | Allah İsrailin başçılarına əl qaldırmadı; onlar Allahı gördülər və yeyib-içdilər. | |
| Exod | Northern | 24:12 | Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim». | |
| Exod | Northern | 24:14 | Ağsaqqallara isə dedi: «Biz geri qayıdanadək burada gözləyin. Budur, Harun və Xur yanınızdadır; kimin nə çətin işi varsa, onların yanına gedə bilər». | |
| Exod | Northern | 24:16 | Rəbbin izzəti Sina dağının üstündə məskən saldı. Bulud onu altı gün bürüdü. Yeddinci gün Rəbb Musanı buludun içindən çağırdı. | |
| Exod | Northern | 24:17 | Rəbbin izzəti İsrail övladlarının gözündə dağın başında yandırıb-yaxan alov kimi görünürdü. | |