Site uses cookies to provide basic functionality.

OK
EXODUS
Prev Up Next Toggle notes
Chapter 35
Exod Northern 35:1  Musa İsrail övladlarının bütün icmasını toplayıb onlara dedi: «Rəbb sizə bu şeylərə əməl etməyi əmr etdi.
Exod Northern 35:2  Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz, istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün.
Exod Northern 35:3  Şənbə günü yaşadığınız heç bir yerdə od yandırmayın».
Exod Northern 35:4  Musa bütün İsrail övladlarının icmasına dedi: «Rəbbin əmr etdiyi iş budur:
Exod Northern 35:5  öz aranızdan Rəbbə bir ianə toplayın. Qoy könlü istəyən hər kəs Rəbbə belə ianə gətirsin: qızıl, gümüş, tunc,
Exod Northern 35:6  bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu,
Exod Northern 35:7  qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı,
Exod Northern 35:8  çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar,
Exod Northern 35:9  efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.
Exod Northern 35:10  Aranızdakı ürəyi hikmətlə dolu hər adam gəlib Rəbbin əmr etdiyi hər şeyi düzəltsin:
Exod Northern 35:11  müqəddəs məskəni, onun çadırını, örtüyünü, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini və altlıqlarını;
Exod Northern 35:12  sandığı və onun şüvüllərini; kəffarə qapağını, arakəsmə pərdəsini;
Exod Northern 35:13  masanı, onun şüvüllərini və bütün ləvazimatını; təqdis çörəklərini;
Exod Northern 35:14  işıq verən çıraqdanı, onun ləvazimatını, çıraqlarını və işıq yağını;
Exod Northern 35:15  buxur qurbangahını və şüvüllərini; məsh yağını, ətirli buxuru; məskənin girişi üçün arakəsməni;
Exod Northern 35:16  yandırma qurbanları üçün qurulan qurbangahı, onun üçün tunc şəbəkəni, şüvüllərini və bütün avadanlığını; ləyəni və onun altlığını;
Exod Northern 35:17  həyətin pərdələrini, dirəklərini və altlıqlarını; həyətin darvazası üçün arakəsməni;
Exod Northern 35:18  məskənin payalarını; həyətin payalarını; onların iplərini;
Exod Northern 35:19  müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri: kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini».
Exod Northern 35:20  İsrail övladlarının bütün icması Musanın yanından çıxdı.
Exod Northern 35:21  Ürəyinə toxunan və könlü istəyən hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi.
Exod Northern 35:22  Kişilər və qadınlar – könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi.
Exod Northern 35:23  Kimdə bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri və suiti dəriləri var idisə, bunları təqdim etdi.
Exod Northern 35:24  Gümüş və tunc gətirən hər kəs də onu Rəbbə ianə olaraq təqdim etdi. Kimdə əbrişim ağacı var idisə, onu bütün inşa işi üçün təqdim etdi.
Exod Northern 35:25  Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər;
Exod Northern 35:26  bu işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu əyirdilər.
Exod Northern 35:27  Xalqın başçıları bunları təqdim etdilər: efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşlarını,
Exod Northern 35:28  çıraq, məsh yağı, ətirli buxur üçün ətriyyatı və zeytun yağını.
Exod Northern 35:29  İsrail övladlarından hər qadın, hər kişi Rəbbin Musa vasitəsilə yerinə yetirmək üçün verdiyi əmrə əsasən Rəbbə könüllü təqdimlər gətirdilər.
Exod Northern 35:30  Musa İsrail övladlarına dedi: «Baxın Rəbb Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb
Exod Northern 35:31  Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşdur ki,
Exod Northern 35:32  o, qızılla, gümüşlə, tuncla işləməyi bacarsın,
Exod Northern 35:33  daş-qaş yonsun, ağac oysun, hər cür məharətlə bacarıq göstərə bilsin.
Exod Northern 35:34  Rəbb onun və Dan qəbiləsindən olan Axisamak oğlu Oholiavın ürəklərinə başqalarını öyrətmək bacarığını qoymuş,
Exod Northern 35:35  ürəklərini hikmətlə doldurmuşdur ki, oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi, toxuculuq – hər cür sənəti bacara bilsinlər.