EXODUS
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
Chapter 23
Exod | Northern | 23:2 | Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın. | |
Exod | Northern | 23:4 | Sən düşməninin azmış buğasına, inəyinə yaxud eşşəyinə rast gəlsən, sahibinə qaytarmalısan. | |
Exod | Northern | 23:5 | Sənə nifrət edən adamın eşşəyini yükü altında yıxılmış halda görəndə onu tərk etmə; ona kömək et ki, bu yükdən azad olsun. | |
Exod | Northern | 23:7 | Yalan işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət qazandırmayacağam. | |
Exod | Northern | 23:8 | Rüşvət alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər. | |
Exod | Northern | 23:9 | Qəribə zülm etmə. Siz də qəribliyi hiss etmisiniz, çünki özünüz də Misir ölkəsində qərib idiniz. | |
Exod | Northern | 23:11 | Yeddinci il ona əl dəyməyin ki, xalqınızdan olan möhtaclar oradan yesin. Onlardan artıq qalanı isə çöl heyvanları yesin. Üzüm və zeytun bağlarınızda da belə hərəkət edin. | |
Exod | Northern | 23:12 | Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin ki, mal-qaranız və eşşəyiniz rahatlansın, evinizdə doğulan qullar və qəriblər də dincəlsin. | |
Exod | Northern | 23:13 | Mənim sizə söylədiyim hər şeyə riayət edin. Başqa allahların adını çəkməyin, qoy o adlar sizin ağzınızdan heç vaxt çıxmasın. | |
Exod | Northern | 23:15 | Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunmuş vaxt yeddi gün mayasız çörək yeyin. Çünki Misirdən o ayda çıxdınız. Heç kəs önümə əliboş gəlməsin. | |
Exod | Northern | 23:16 | Tarladakı əkinin nübarı ilə Biçin bayramını qeyd edin. İlin sonunda işinin bütün məhsulunu tarladan yığıb Yığım bayramını qeyd edin. | |
Exod | Northern | 23:18 | Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Bayram qurbanımın piyi səhərə qədər qalmasın. | |
Exod | Northern | 23:19 | Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin. | |
Exod | Northern | 23:20 | Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir Mələk göndərirəm. | |
Exod | Northern | 23:21 | Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın, O, itaətsizliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir. | |
Exod | Northern | 23:22 | Əgər Onun səsinə qulaq asıb dediyimə əməl etsəniz, onda Mən sizin düşmənlərinizə düşmən, yağılarınıza isə yağı olacağam. | |
Exod | Northern | 23:23 | Mələyim qarşınızda gedəcək və sizi Emorluların, Xetlilərin, Perizlilərin, Kənanlıların, Xivlilərin və Yevusluların yanına gətirəcək; Mən onları silib atacağam. | |
Exod | Northern | 23:24 | Onların allahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O allahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. | |
Exod | Northern | 23:25 | Siz isə Allahınız Rəbbə xidmət edin, O da çörəyinizə və suyunuza bərəkət verəcək; sizin daxilinizdən xəstəliyi yox edəcəyəm. | |
Exod | Northern | 23:26 | Ölkənizdə nə uşaq salan, nə də sonsuz qadın olmayacaq. Ömrünüzü də uzun edəcəyəm. | |
Exod | Northern | 23:27 | Öz dəhşətimi qarşınızca göndərirəm. Sizin aralarına getdiyiniz bütün xalqlara qarışıqlıq salacağam və bütün düşmənlərinizin dönüb sizdən qaçmasına bais olacağam. | |
Exod | Northern | 23:28 | Eşşəkarısını da qarşınızca göndərəcəyəm, o da Xivliləri, Kənanlıları və Xetliləri önünüzdən qovacaq. | |
Exod | Northern | 23:29 | Lakin bir il ərzində onları önünüzdən qovmayacağam ki, ölkə viranə qalmasın və çöl heyvanları çoxalıb sizin üstünüzə daraşmasın. | |
Exod | Northern | 23:30 | Yavaş-yavaş onları önünüzdən o vaxtacan qovacağam ki, siz törəyib çoxalaraq ölkənin sahibi olacaqsınız. | |
Exod | Northern | 23:31 | Qırmızı dənizdən Filişt dənizinə qədər, səhradan Fərat çayına qədər sərhədlərinizi çəkəcəyəm. Ölkənin sakinlərini sizə təslim edəcəyəm, siz isə onları yanınızdan qovarsınız. | |