EXODUS
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
Chapter 14
Exod | Northern | 14:2 | «İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın. Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun”. | |
Exod | Northern | 14:3 | Firon düşünəcək ki, İsrail övladları torpaqda dolaşır, səhra onların yolunu kəsmişdir. | |
Exod | Northern | 14:4 | Mən isə fironu inadkar edəcəyəm ki, o sizi təqib etsin. Sonra firon və onun ordusunu məğlub edib izzətimi göstərəcəyəm. Bütün Misirlilər biləcəklər ki, Rəbb Mənəm». İsraillilər belə də elədilər. | |
Exod | Northern | 14:5 | Misir padşahına İsrail xalqının qaçdığını xəbər verəndə firon və məmurlarının fikri dəyişdi. Onlar dedilər: «Biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq?» | |
Exod | Northern | 14:7 | O, altı yüz seçmə döyüş arabasını və Misirin bütün arabalarını götürdü. Hər arabanın öz zabiti var idi. | |
Exod | Northern | 14:8 | Rəbb Misir padşahı fironun ürəyini yenə də inadkar etdi və o, İsrail övladlarını təqib etdi. İsrail övladları isə cürətlə gedirdilər. | |
Exod | Northern | 14:9 | Misirlilər, fironun bütün araba atları, süvariləri və ordusu onları təqib edib Pi-Haxirot yanında, Baal-Sefon qarşısında dənizin sahilində qurduqları düşərgəyə çatdılar. | |
Exod | Northern | 14:10 | Firon yaxınlaşanda İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə də İsrail övladları çox qorxdu və Rəbbə fəryad etdilər. | |
Exod | Northern | 14:11 | Onlar Musaya dedilər: «Məgər Misirdə qəbiristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın? Bizi Misirdən çıxarıb başımıza nə gətirdin? | |
Exod | Northern | 14:12 | Misirdə sənə “Bizdən əl çək, Misirlilərə qulluq edək!” demirdikmi? Səhrada ölməkdən Misirlilərə qulluq etmək bizim üçün yaxşıdır». | |
Exod | Northern | 14:13 | Musa isə xalqa belə dedi: «Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz. | |
Exod | Northern | 14:15 | Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. | |
Exod | Northern | 14:16 | Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər. | |
Exod | Northern | 14:17 | Mən Misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm. | |
Exod | Northern | 14:18 | Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman Misirlilər biləcəklər ki, Rəbb Mənəm». | |
Exod | Northern | 14:19 | İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib, | |
Exod | Northern | 14:20 | Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar. | |
Exod | Northern | 14:21 | Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və | |
Exod | Northern | 14:22 | İsrail övladları dənizin ortasında quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu. | |
Exod | Northern | 14:23 | Misirlilər onları təqib etdilər; fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər. | |
Exod | Northern | 14:24 | Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıqlıq saldı. | |
Exod | Northern | 14:25 | O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür». | |
Exod | Northern | 14:26 | Rəbb Musaya belə dedi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın». | |
Exod | Northern | 14:27 | Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı. | |
Exod | Northern | 14:28 | Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı. | |
Exod | Northern | 14:29 | İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu. | |
Exod | Northern | 14:30 | Məhz o gün Rəbb İsraili Misirlilərin əlindən xilas etdi. İsrail xalqı Misirliləri dənizin sahilində ölü gördü. | |