Site uses cookies to provide basic functionality.

OK
EXODUS
Prev Up Next
Chapter 29
Exod Northern 29:1  Mənə kahinlik etmək üçün onları bu qaydada təqdis et. Qüsursuz bir buğa və iki qoç götür.
Exod Northern 29:2  Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş mayasız qoğalları narın buğda unundan hazırla.
Exod Northern 29:3  Onları bir səbətin içinə qoy, buğa və iki qoçla birgə təqdim et.
Exod Northern 29:4  Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur.
Exod Northern 29:5  Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun kəmərini belinə bağla.
Exod Northern 29:6  Onun başına çalmanı, çalmaya da müqəddəslik tacını qoy.
Exod Northern 29:7  Məsh yağını götürüb Harunun başına tök və onu məsh et.
Exod Northern 29:8  Sonra oğullarını gətir və onlara xirqələr geyindir.
Exod Northern 29:9  Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy.
Exod Northern 29:10  Sonra Hüzur çadırının önünə buğanı gətir. Qoy Harunla oğulları əllərini buğanın başına qoysunlar.
Exod Northern 29:11  Buğanı Rəbbin önündə, Hüzur çadırının girişində kəs.
Exod Northern 29:12  Buğanın qanından götür və barmağınla qurbangahın buynuzlarına çək. Qanın qalan hissəsini isə qurbangahın altlığına tök.
Exod Northern 29:13  Heyvanın içalatını örtən bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəyini və üstündəki piyi qurbangahda tüstülədib yandır.
Exod Northern 29:14  Buğanın ətini, dərisini və bağırsağını düşərgənin kənarında yandır. Bu, günah qurbanıdır.
Exod Northern 29:15  Bir qoç da götür; qoy Harunla oğulları əllərini qoçun başına qoysunlar.
Exod Northern 29:16  Sonra qoçu kəs, qanını götür və onu qurbangahın hər tərəfinə səp.
Exod Northern 29:17  Qoçu parça-parça doğra, içalatını və budlarını yuyub, başının və tikələrinin üstünə qoy.
Exod Northern 29:18  Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün yandırma qurbanı, Onun xoşuna gələn ətir – yandırma təqdimidir.
Exod Northern 29:19  Sən o biri qoçu da götür, Harunla oğulları əllərini onun başına qoysunlar.
Exod Northern 29:20  Sonra qoçu kəs; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, oğullarının sağ qulaq mərcəklərinə, onların sağ əllərinin və sağ ayaqlarının baş barmaqlarına çək. Qoçun qanını qurbangahın hər tərəfinə səp.
Exod Northern 29:21  Qurbangahdakı qandan və məsh yağından götürüb Haruna və onun geyimlərinə, oğullarına və onların geyimlərinə çilə. Beləcə Harun və onun geyimləri, oğulları və onların geyimləri təqdis olunsun.
Exod Northern 29:22  Sonra qoçun piyini, quyruğunu, içalatını örtən piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəyini, üstündəki piyi və sağ budunu götür. Çünki bu təqdis qoçudur.
Exod Northern 29:23  Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir yastı çörək kökəsi, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götür.
Exod Northern 29:24  Bunların hamısını Rəbbin hüzurunda yellədərək təqdim etmək üçün Harunun və onun oğullarının əllərinə qoy.
Exod Northern 29:25  Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir – yandırma təqdimidir.
Exod Northern 29:26  Harunun təqdis qurbanı olan qoçdan döş ətini götürüb Rəbbin hüzurunda yellədərək təqdim et. Bu sənin payındır.
Exod Northern 29:27  Harunla oğullarının təqdis qurbanı olan qoçdan yellədilən döş ətini və qaldırılan budu təqdis et.
Exod Northern 29:28  Bu qaldırılan pay Harunla övladlarının İsraillilərdən gələn əbədi pay olsun. Bu da İsrail övladlarının ünsiyyət qurbanlarından Rəbbə qaldırılan pay olsun.
Exod Northern 29:29  Harunun müqəddəs geyimləri özündən sonra oğullarına qalsın ki, onları geyərək məsh olunub vəzifəyə qoyulsunlar.
Exod Northern 29:30  Onun yerinə kahin olub Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olan oğlu yeddi gün o geyimləri geysin.
Exod Northern 29:31  Təqdis qurbanı olan qoçun ətini götür və müqəddəs bir yerdə qaynat.
Exod Northern 29:32  Harunla oğulları o qoçun ətini və səbətdə olan çörəyi Hüzur çadırının girişində yesinlər.
Exod Northern 29:33  Özlərini vəzifəyə qoyub təqdis edəndə günahlarının kəffarə olması üçün istifadə edilən bu şeyləri onlar yesin; amma yad adamlar bunları yeməsin, çünki bu şeylər müqəddəsdir.
Exod Northern 29:34  Əgər təqdis qurbanının ətindən və çörəkdən səhərə qədər qalarsa, qalığını yandır; bu şeylər yeyilməz, çünki müqəddəsdir.
Exod Northern 29:35  Mən sənə necə əmr etmişəmsə, o cür də Harunla oğulları üçün et. Onların vəzifəyə keçmə vaxtını yeddi gün davam etdir.
Exod Northern 29:36  Hər gün kəffarə üçün günah qurbanı olaraq bir buğa gətir. Qurbangah üçün kəffarə edərək onu pak et və təqdis etmək üçün məsh et.
Exod Northern 29:37  Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq.
Exod Northern 29:38  Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir.
Exod Northern 29:39  Toğlunun birini səhər, digərini isə axşam təqdim et.
Exod Northern 29:40  Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir.
Exod Northern 29:41  Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir.
Exod Northern 29:42  Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam.
Exod Northern 29:43  Orada Mən İsrail övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq.
Exod Northern 29:44  Mən Hüzur çadırını və qurbangahı təqdis edəcəyəm; Harunla oğullarını da təqdis edəcəyəm ki, Mənə kahinlik etsinlər.
Exod Northern 29:45  İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam.
Exod Northern 29:46  Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm.