Site uses cookies to provide basic functionality.

OK
EXODUS
Prev Up Next Toggle notes
Chapter 38
Exod Northern 38:1  Yandırma qurbanı üçün qurulan qurbangahı əbrişim ağacından düzəltdi. Dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac idi.
Exod Northern 38:2  Qurbangahın dörd küncündə onunla bir hissədən olan dörd buynuz düzəltdi. Qurbangahın üstünü tuncla örtdü.
Exod Northern 38:3  Qurbangahın bütün avadanlığını – kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları – hər şeyi tuncdan düzəltdi.
Exod Northern 38:4  Qurbangah üçün kənarından aşağıya onun yarısına qədər yetişəcək torlu şəbəkəni tuncdan düzəltdi.
Exod Northern 38:5  Tunc şəbəkənin dörd bucağında şüvüllərin keçdiyi dörd halqanı tökdü.
Exod Northern 38:6  Əbrişim ağacından şüvüllər düzəldib üstünü tuncla örtdü.
Exod Northern 38:7  Qurbangahı aparmaq üçün şüvülləri onun hər iki yanındakı halqalara taxdı. Qurbangahın içi boş və taxtadan idi.
Exod Northern 38:8  Tunc ləyəni və onun tunc altlığını Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən düzəltdi.
Exod Northern 38:9  Müqəddəs məskənin həyətini düzəltdi. Həyətin cənub tərəfində uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan idi.
Exod Northern 38:10  Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi.
Exod Northern 38:11  Şimal tərəfində də uzunluğu yüz qulac pərdə idi; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi.
Exod Northern 38:12  Qərb tərəfində uzunluğu əlli qulac pərdələr idi. Onların on dirəyi və on altlığı var idi. Dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi.
Exod Northern 38:13  Şərq tərəfində də həyətin eni əlli qulac idi.
Exod Northern 38:14  Darvazanın bir tərəfində üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi.
Exod Northern 38:15  Həyətin darvazasının o biri tərəfində də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi.
Exod Northern 38:16  Həyətin bütün ətraf pərdələri nəfis toxunmuş incə kətandan,
Exod Northern 38:17  dirəklərin altlıqları tuncdan, dirəklərin qarmaqları və bəndləri gümüşdən, başlıqların örtüyü də gümüşdən idi; həyətin bütün dirəkləri gümüşlə bəndləndi.
Exod Northern 38:18  Həyətin darvazasının naxış tikməli arakəsməsi bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan idi; uzunluğu iyirmi qulac, hündürlüyü isə həyətin pərdələri kimi beş qulac idi.
Exod Northern 38:19  Onun dörd dirəyi, dörd tunc altlığı, gümüş qarmaqları, başlıqlarının gümüş örtüyü və bəndləri var idi.
Exod Northern 38:20  Məskənin və həyətin bütün ətraf payaları tuncdan idi.
Exod Northern 38:21  Musanın əmri ilə kahin Harunun oğlu İtamarın başçılığı ilə Levililərin xidmət göstərib apardığı məkanın – Şəhadət məskəninin hesabatı budur.
Exod Northern 38:22  Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besalel Rəbbin Musaya əmr etdiyi hər şeyi düzəltdi.
Exod Northern 38:23  Onunla çalışan Dan qəbiləsindən olan Axisamak oğlu Oholiav oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi işini bacarırdı.
Exod Northern 38:24  Müqəddəs yerin bütün inşası üçün işlənən qızılın, ianə verilən qızılın ümumi çəkisi Müqəddəs yerdəki şekelə görə iyirmi doqquz talant yeddi yüz otuz şekel idi.
Exod Northern 38:25  Siyahıya alınan icmanın verdiyi gümüşün çəkisi Müqəddəs yerdəki şekelə görə yüz talant və min yeddi yüz yetmiş beş şekel idi.
Exod Northern 38:26  Bu, sayılmış adamlara daxil olan hər kəs, iyirmi yaşında və ondan yuxarı olan altı yüz üç min beş yüz əlli kişi üçün adambaşı bir beqa, yəni Müqəddəs yerdəki şekelə görə yarım şekel idi.
Exod Northern 38:27  Müqəddəs yerin altlıqlarını və pərdələrin altlıqlarını tökmək işinə yüz talant gümüş yüz altlıq üçün yüz talant, yəni hər altlıq üçün bir talant gümüş işləndi.
Exod Northern 38:28  Min yeddi yüz yetmiş beş şekel gümüş isə dirəklər üçün qarmaqlar düzəltmək, başlıqlarını örtmək və onları bəndləmək üçün işləndi.
Exod Northern 38:29  İanə verilən tuncun çəkisi yetmiş talant və iki min dörd yüz şekel idi.
Exod Northern 38:30  Ondan Hüzur çadırı girişinin altlıqları, tunc qurbangah, oradakı tunc şəbəkəni, qurbangahın bütün avadanlığı,
Exod Northern 38:31  həyətin ətraf altlıqları, həyətin darvazasının altlıqları, məskənin bütün payaları və həyətin bütün ətraf payaları düzəldildi.