Site uses cookies to provide basic functionality.

OK
EXODUS
Prev Up Next Toggle notes
Chapter 9
Exod Northern 9:1  Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
Exod Northern 9:2  Əgər sən onları buraxmaqdan boyun qaçırıb saxlamağı davam etsən,
Exod Northern 9:3  budur, Rəbb tarlanda olan heyvanların – at, eşşək, dəvə, mal-qara və qoyun-keçinin üzərinə əlini qaldıracaq; çox ağır qırğın olacaq.
Exod Northern 9:4  Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək”».
Exod Northern 9:5  Rəbb vaxt təyin edib dedi: «Rəbb bunu ölkədə sabah edəcək».
Exod Northern 9:6  Məhz bunu da Rəbb səhəri gün etdi. Misirlilərin bütün heyvanları öldü. Ancaq İsrail övladlarının heyvanlarından heç biri ölmədi.
Exod Northern 9:7  Firon vəziyyəti soruşdu və İsrail övladlarının heyvanlarından heç birinin ölmədiyi barədə xəbər aldı. Ancaq fironun ürəyi inadkar oldu və o, xalqı buraxmadı.
Exod Northern 9:8  Rəbb Musaya və Haruna dedi: «Kürədən əlinizə ovuc-ovuc qurum götürün. Qoy Musa onu fironun gözü önündə göyə səpsin.
Exod Northern 9:9  Bütün Misir torpağında toz qalxacaq, insanların və heyvanların bədənində irinli çibanlar əmələ gətirəcək».
Exod Northern 9:10  Onlar kürə qurumunu götürüb fironun hüzurunda dayandılar. Musa onu göyə qədər səpdi, insanların və heyvanların bədəninə irinli çibanlar çıxdı.
Exod Northern 9:11  Sehrbazlar da bu cəzaya görə Musanın qabağında dayana bilmədilər, çünki sehrbazların və bütün Misirlilərin bədənlərinə çibanlar çıxmışdı.
Exod Northern 9:12  Rəbbin Musaya söylədiyi kimi oldu: Rəbb fironun ürəyini inadkar etdi və firon onlara qulaq asmadı.
Exod Northern 9:13  Rəbb Musaya dedi: «Sabah səhər tezdən qalx və fironun qarşısına gedib ona belə söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
Exod Northern 9:14  Çünki Mən bu dəfə sənin ürəyinə, əyanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki, bütün dünyada Mənə bənzər yoxdur.
Exod Northern 9:15  Əgər indi əlimi uzadıb səni və xalqını qırğınla cəzalandırmış olsaydım, yer üzündən silinib atılardın.
Exod Northern 9:16  Amma ona görə səni qoruyub saxladım ki, Öz gücümü sənə göstərim və adım bütün dünyaya elan edilsin.
Exod Northern 9:17  Sən hələ də Mənim xalqıma qarşı durmusan və onu buraxmırsan.
Exod Northern 9:18  Budur, Mən sabah bu vaxt çox güclü bir dolu göndərəcəyəm: elə bir dolu ki Misir qurulandan indiyə qədər orada olmayıb.
Exod Northern 9:19  İndi heyvanlarını və çöldə olan hər şeyini apar, çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yağacaq və öləcəklər”».
Exod Northern 9:20  Fironun əyanlarından bəzisi Rəbbin sözündən qorxub öz qul və heyvanlarını tələsik evlərinə gətirdi.
Exod Northern 9:21  Rəbbin sözünə etinasızlıq edənlər isə öz qul və heyvanlarını tarlada qoydular.
Exod Northern 9:22  Rəbb Musaya dedi: «Əlini göyə uzat. Qoy bütün Misir torpağına və orada olan insanların, heyvanların və bütün tarla bitkilərinin üzərinə dolu yağsın».
Exod Northern 9:23  Musa əsasını göyə qaldırdı. Rəbb ildırımla dolu göndərdi və yerə od düşdü; Rəbb Misir torpağı üzərinə dolu yağdırdı.
Exod Northern 9:24  Beləliklə, çox güclü bir dolu yağdı. Dolu içində od alışırdı; Misir milləti mövcud olduğu vaxtdan bəri burada belə dolu olmamışdı.
Exod Northern 9:25  Dolu bütün Misir torpağında insandan tutmuş heyvana və tarla bitkilərinə qədər hər şeyi məhv etdi. Çöldə bitən bütün otlar və ağaclar tələf oldu.
Exod Northern 9:26  Ancaq İsrail övladlarının yaşadığı Qoşen torpağına dolu yağmadı.
Exod Northern 9:27  Firon Musanı və Harunu çağırtdırıb onlara dedi: «Bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən və xalqım isə haqsızıq.
Exod Northern 9:28  Kifayətdir! Rəbbə yalvarın ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi azad edərəm, daha burada qalmayın».
Exod Northern 9:29  Musa ona dedi: «Şəhərdən çıxanda əlimi Rəbbə tərəf qaldıracağam, ildırım dayanacaq və daha dolu yağmayacaq. Bundan biləcəksən ki, dünya Rəbbə məxsusdur.
Exod Northern 9:30  Ancaq mən bilirəm ki, sən və əyanların yenə də Rəbb Allahdan qorxmursunuz».
Exod Northern 9:31  Bu vaxt kətan və arpa məhsulu məhv oldu, çünki arpa dən gətirmiş, kətan isə qozalanmışdı.
Exod Northern 9:32  Ancaq buğda və pərinc məhsulu məhv olmadı, çünki onlar gec yetişir.
Exod Northern 9:33  Musa fironun yanından ayrılıb şəhərdən çıxdı və əlini Rəbbə tərəf qaldırdı; ildırım və dolu dayandı və yerə yağış yağmadı.
Exod Northern 9:34  Firon yağışın, dolunun və ildırımın dayandığını görüb yenə də günah etməyə başladı, özü və əyanları ürəklərini inadkar etdilər.
Exod Northern 9:35  Rəbbin Musa vasitəsilə söylədiyi kimi fironun ürəyi inadkarlaşdı və o, İsrail övladlarını buraxmadı.