Site uses cookies to provide basic functionality.

OK
EXODUS
Prev Up Next
Chapter 40
Exod Northern 40:2  «Birinci ayın birinci günü müqəddəs məskəni, yəni Hüzur çadırını qur.
Exod Northern 40:3  Şəhadət sandığını oraya qoy və pərdə ilə qabağını kəs.
Exod Northern 40:4  Sonra masanı gətir, üstünə əşyaları düz. Çıraqdanı gətir, çıraqları da quraşdır.
Exod Northern 40:5  Buxur üçün qızıl qurbangahı Şəhadət sandığının qabağına qoy. Məskənin giriş arakəsməsini də qur.
Exod Northern 40:6  Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin – Hüzur çadırının girişinin qarşısında yerləşdir.
Exod Northern 40:7  Ləyəni Hüzur çadırı ilə qurbangahın arasına qoy, içinə su tök.
Exod Northern 40:8  Ətrafında həyət qur və həyətin darvazasının arakəsməsini as.
Exod Northern 40:9  Sonra məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh et. Beləliklə, onu və bütün avadanlığını təqdis et ki, müqəddəs olsun.
Exod Northern 40:10  Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun.
Exod Northern 40:12  Harunla oğullarını Hüzur çadırının girişinə gətirib onları su ilə yuyundur.
Exod Northern 40:13  Haruna müqəddəs geyimlər geyindir. Onu məsh edib təqdis et ki, Mənə kahinlik etsin.
Exod Northern 40:14  Sonra Harunun oğullarını təqdim et və onlara xirqələr geyindir.
Exod Northern 40:15  Atalarını məsh etdiyin kimi onları da məsh et ki, Mənə kahinlik etsinlər. Onlar nəsildən-nəslə əbədi kahinlik üçün məsh olunacaqlar».
Exod Northern 40:16  Rəbb Musaya necə əmr etmişdisə, o da bu cür etdi.
Exod Northern 40:17  İsrail övladlarının Misirdən çıxdığı vaxtın ikinci ilində, birinci ayın birinci günündə məskən quruldu.
Exod Northern 40:18  Musa çadırı qurdu: altlıqlarını qoydu, taxtalarını bərkitdi, şüvüllərini qurdu və dirəklərini dikəltdi.
Exod Northern 40:19  Məskənin üzərinə çadır saldı, onun üstünə də çadırın örtüyünü qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Exod Northern 40:20  Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu.
Exod Northern 40:21  Sandığı məskənin içinə gətirdi və arakəsmə pərdəsini qurub Şəhadət sandığının qabağını kəsdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Exod Northern 40:22  Masanı Hüzur çadırının içində, şimal tərəfində, pərdənin bayır tərəfindən yerləşdirdi.
Exod Northern 40:23  Onun üstünə Rəbbin hüzurunda çörək düzdü. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Exod Northern 40:24  Çıraqdanı isə Hüzur çadırının içində, masanın qarşısında, məskənin cənub tərəfində yerləşdirdi.
Exod Northern 40:25  Çıraqlarını da Rəbbin hüzurunda quraşdırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Exod Northern 40:26  Qızıl qurbangahı da Hüzur çadırının içində, pərdənin önündə yerləşdirdi;
Exod Northern 40:27  onun üstündə ətirli buxur yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Exod Northern 40:29  Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin, Hüzur çadırının girişində yerləşdirdi; onun üstündə yandırma qurbanını və taxıl təqdimini gətirdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Exod Northern 40:30  Ləyəni Hüzur çadırı ilə qurbangah arasında yerləşdirib içinə yuyunmaq üçün su tökdü.
Exod Northern 40:31  Musa, Harun və oğulları orada əl-ayaqlarını yuyardılar.
Exod Northern 40:32  Onlar Hüzur çadırına girdikləri və qurbangaha yaxınlaşdıqları zaman yuyunardılar. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Exod Northern 40:33  Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə, Musa işləri bitirdi.
Exod Northern 40:34  O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu.
Exod Northern 40:35  Musa Hüzur çadırına girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu.
Exod Northern 40:36  İsrail övladlarının bütün səfəri boyu bulud məskənin üstündən qalxanda yola düşərdilər;
Exod Northern 40:37  bulud qalxmayanda isə, qalxdığı günə qədər yola düşməzdilər.
Exod Northern 40:38  Səfərləri boyu bütün İsrail xalqının gözləri önündə gündüz Rəbbin buludu məskənin üzərində, gecələr isə od buludun içində idi.