PHILEMON
Chapter 1
Phil | Northern | 1:1 | Məsih İsa uğrunda həbs olunan mən Pauldan və Timotey qardaşdan sevimli əməkdaşımız Filimona, | |
Phil | Northern | 1:2 | bacımız Apfiyaya, birlikdə mübarizə apardığımız Arxipə və Filimonun evində toplaşan imanlılar cəmiyyətinə salam! | |
Phil | Northern | 1:5 | Çünki Rəbb İsaya olan imanını və bütün müqəddəslərə bəslədiyin məhəbbəti eşidirəm. | |
Phil | Northern | 1:6 | Sən Məsihdə malik olduğumuz hər xeyirli şeyi dərk etdikcə imanını başqaları ilə paylaşmaqda fəal olmağın üçün dua edirəm. | |
Phil | Northern | 1:7 | Qardaşım, sənin məhəbbətin mənim üçün böyük sevinc və təsəlli qaynağı oldu. Çünki müqəddəslərin ürəyi sənin sayəndə təravətləndi. | |
Phil | Northern | 1:13 | Müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etməsi üçün onu yanımda saxlamaq istəyirdim. | |
Phil | Northern | 1:14 | Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun. | |
Phil | Northern | 1:15 | Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, | |
Phil | Northern | 1:16 | artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən. O, xüsusilə, mənim üçün çox sevimlidir. Lakin həm cismən, həm də Rəbdə olaraq sənin üçün daha artıq sevimli qardaşdır. | |
Phil | Northern | 1:18 | Əgər sənə hər hansı bir haqsızlıq etmişsə yaxud borcludursa, bunu mənim hesabıma yaz. | |
Phil | Northern | 1:19 | Mən Paul bunu öz əlimlə yazıram ki, əvəzini mən ödəyəcəyəm. Sənin öz həyatın üçün mənə borclu olduğunu demək istəmirəm. | |
Phil | Northern | 1:21 | İtaətkar olduğuna əmin olaraq bunu sənə yazıram. Bilirəm ki, istədiklərimi artıqlaması ilə yerinə yetirəcəksən. | |
Phil | Northern | 1:22 | Bununla yanaşı, mənə bir qonaq otağı hazırla. Ümidvaram ki, dualarınız vasitəsilə sizə bəxş olunacağam. | |