I KINGS
Chapter 13
I Ki | Northern | 13:1 | Yarovam buxur yandırmaq üçün qurbangahın yanında durduğu vaxt bir Allah adamı Rəbbin sözü ilə Yəhudadan Bet-Elə gəlib | |
I Ki | Northern | 13:2 | Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”». | |
I Ki | Northern | 13:3 | Allah adamı həmin gün bir əlamət verib dedi: «Rəbbin söylədiyi əlamət budur: “Bu qurbangah bölünəcək və üstündəki kül töküləcək”». | |
I Ki | Northern | 13:4 | Padşah Yarovam Allah adamının Bet-Eldə qurbangaha müraciətlə dediyi sözü eşidəndə qurbangahın üzərindən əlini uzadıb «onu tutun» dedi. Onun Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi. | |
I Ki | Northern | 13:5 | Allah adamının Rəbbin sözü ilə verdiyi əlamətə görə qurbangah bölündü və kül qurbangahdan töküldü. | |
I Ki | Northern | 13:6 | Onda padşah Allah adamına dedi: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Allah adamı Rəbbi rəhmə gətirdi və padşahın əli özünə tərəf dönüb əvvəlki kimi oldu. | |
I Ki | Northern | 13:7 | Padşah Allah adamına dedi: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm». | |
I Ki | Northern | 13:8 | Allah adamı isə padşaha dedi: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm. | |
I Ki | Northern | 13:9 | Çünki Rəbbin sözü ilə mənə belə əmr gəldi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”». | |
I Ki | Northern | 13:11 | Bet-Eldə qoca bir peyğəmbər yaşayırdı. Onun oğullarından biri gəlib Allah adamının həmin gün Bet-Eldə etdiyi bütün işlər barədə danışdı. Oğulları onun padşaha söylədiyi sözləri də atalarına bildirdilər. | |
I Ki | Northern | 13:12 | Ata onlara dedi: «O hansı yolla getdi?» Oğulları Yəhudadan gələn Allah adamının hansı yolla getdiyini ona göstərdilər. | |
I Ki | Northern | 13:13 | O öz oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Eşşəyi onun üçün palanladılar və o, eşşəyin üstünə minib | |
I Ki | Northern | 13:14 | Allah adamının dalınca getdi. Onu palıd ağacının altında oturmuş halda tapdı və ona dedi: «Yəhudadan gələn Allah adamı sənsənmi?» O da «mənəm» dedi. | |
I Ki | Northern | 13:16 | O dedi: «Səninlə qayıdıb evinə getmərəm, bu yerdə səninlə çörək yeyib su içmərəm. | |
I Ki | Northern | 13:17 | Çünki Rəbbin sözü ilə mənə deyildi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”». | |
I Ki | Northern | 13:18 | Qoca peyğəmbər ona dedi: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq bunu ona yalandan söylədi. | |
I Ki | Northern | 13:20 | Onlar süfrə arxasında oturarkən onu yoldan qaytaran peyğəmbərə Rəbbin sözü nazil oldu. | |
I Ki | Northern | 13:21 | O, Yəhudadan gələn Allah adamına müraciətlə dedi: «Rəbb belə deyir: “Sən Rəbbin sözünə qarşı getdin və Allahın Rəbbin sənə etdiyi əmrə əməl etmədin, | |
I Ki | Northern | 13:22 | geri qayıdaraq Onun sənə ‹çörək yeyib su içmə› dediyi yerdə çörək yeyib su içdin. Buna görə də cəsədin atalarının qəbrinə girməyəcək”». | |
I Ki | Northern | 13:23 | Yoldan qaytardığı peyğəmbər çörək yeyib su içdikdən sonra qoca peyğəmbər onun üçün eşşəyi palanladı. | |
I Ki | Northern | 13:24 | Allah adamı getdi, yolda ona bir şir rast gəldi və onu öldürdü. Onun cəsədi yola sərilmişdi və eşşək onun yanında dayanmışdı, şir də cəsədin yanında durmuşdu. | |
I Ki | Northern | 13:25 | Adamlar onların yanından keçirdilər, yola sərilmiş cəsədi, cəsədin yanında durmuş şiri gördülər və gəlib qoca peyğəmbərin yaşadığı şəhərdə söylədilər. | |
I Ki | Northern | 13:26 | Onu yoldan qaytaran peyğəmbər bunu eşidib dedi: «O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü». | |
I Ki | Northern | 13:28 | O gedib yola sərilmiş cəsədi tapdı. Eşşək və şir cəsədin yanında durmuşdu. Şir cəsədi yeməmiş və eşşəyə toxunmamışdı. | |
I Ki | Northern | 13:29 | Qoca peyğəmbər Allah adamının cəsədini götürüb eşşəyin üstünə qoydu və yas tutub onu basdırmaq üçün öz şəhərinə geri gətirdi. | |
I Ki | Northern | 13:30 | Onun cəsədini özünün qəbrinə qoydu. «Ah, qardaşım!» deyib onun üçün yas tutdular. | |
I Ki | Northern | 13:31 | Onu basdırandan sonra qoca peyğəmbər oğullarına dedi: «Öləndə məni Allah adamının basdırıldığı qəbirdə basdırın, sümüklərimi onun sümüklərinin yanına qoyun. | |
I Ki | Northern | 13:32 | Çünki Bet-Eldə olan qurbangaha və Samariya şəhərlərində olan səcdəgahların bütün ibadət evlərinə müraciətlə deyilmiş Rəbbin sözü hökmən yerinə yetəcək». | |
I Ki | Northern | 13:33 | Bu işdən sonra da Yarovam öz pis yolundan dönmədi. Yenə də səcdəgahlara xalqın hər təbəqəsindən olan kahinlər qoydu. O, səcdəgahların kahini olmaq istəyən hər kəsi təqdis etdi. | |