Site uses cookies to provide basic functionality.

OK
I THESSALONIANS
1 2 3 4 5
Prev Up Next Toggle notes
Chapter 5
I Th Northern 5:1  Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur.
I Th Northern 5:2  Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.
I Th Northern 5:3  İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər.
I Th Northern 5:4  Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın.
I Th Northern 5:5  Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq.
I Th Northern 5:6  Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq.
I Th Northern 5:7  Çünki yatanlar gecə yatır, əyyaşlar da gecə vaxtı əyyaşlıq edir.
I Th Northern 5:8  Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq.
I Th Northern 5:9  Çünki Allah bizi qəzəbə düçar olmaq üçün deyil, Rəbbimiz İsa Məsih vasitəsilə xilasa nail olmaq üçün təyin edib.
I Th Northern 5:10  Məsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdə yaşayaq.
I Th Northern 5:11  Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin.
I Th Northern 5:12  Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin.
I Th Northern 5:13  Etdikləri əmələ görə onlara hədsiz məhəbbətlə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın.
I Th Northern 5:14  Qardaşlar, sizə yalvarırıq, avaralara nəsihət verin, cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun.
I Th Northern 5:15  Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın.
I Th Northern 5:18  hər vəziyyətdə şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir.
I Th Northern 5:21  Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun.
I Th Northern 5:23  Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun.
I Th Northern 5:24  Sizi çağıran Allah sadiqdir və bunu edəcək.
I Th Northern 5:26  Bütün bacı-qardaşları müqəddəs öpüşlə salamlayın.
I Th Northern 5:27  Rəbb naminə sizə and verirəm ki, bu məktubu bütün bacı-qardaşlara oxuyun.