DEUTERONOMY
Chapter 33
Deut | Northern | 33:2 | O belə dedi: «Rəbb Sina dağından gəldi, Bizə Seirdən zühur etdi, Paran dağından şəfəq saçdı, On minlərlə müqəddəs mələklər ilə gəldi. Sağ əlində yanar alov var idi. | |
Deut | Northern | 33:3 | Ya Rəbb, həqiqətən, Sən xalqları sevirsən! Bütün müqəddəslər Sənin əlindədir! Onlar ayağına düşər, sözlərini dinlər. | |
Deut | Northern | 33:5 | İsrail qəbilələri, Xalqın rəhbərləri bir yerə yığılanda Rəbb Yeşuruna padşah oldu. | |
Deut | Northern | 33:7 | Musa Yəhuda üçün belə dedi: «Ya Rəbb, Yəhudanın səsini eşit, Onu xalqına geri qaytar. O özü üçün öz əlləri ilə döyüşdü, Düşmənlərinə görə ona kömək et!» | |
Deut | Northern | 33:8 | Levi üçün belə dedi: «Ya Rəbb, Tummimin və Urimin Sənin sadiq qulun üçündür. Onu Massada sınaqdan keçirdin, Onunla Meriva sularında mübahisə etdin. | |
Deut | Northern | 33:9 | O, ata-anası üçün dedi: “Onlara nəzər salmadım”. Qardaşlarını tanımadı, Övladlarını unutdu, Ancaq Sənin sözünə riayət etdi, Sənin əhdini hifz etdi. | |
Deut | Northern | 33:10 | Hökmlərini Yaqub nəslinə, Qanununu İsraillilərə öyrədəcəklər. Onlar hüzurunda buxuru, Qurbangahında bütöv yandırma qurbanını təqdim edəcək. | |
Deut | Northern | 33:11 | Ya Rəbb, onların malına bərəkət ver, Əməllərindən razı qal. Kim onlara hücum etsə, Kim onlara nifrət etsə, Belini qır, Bir daha qalxmasınlar!» | |
Deut | Northern | 33:12 | Binyamin üçün belə dedi: «Rəbbin sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın! Rəbb gün boyu onu qoruyur, O da Rəbbin qucağında qalır». | |
Deut | Northern | 33:13 | Yusif üçün belə dedi: «Onun torpağı Rəbdən bərəkət alsın, Göydən gələn qiymətli şehlə, Yer altında yatan dərin sularla, | |
Deut | Northern | 33:16 | Yerin ən qiymətli məhsulu və bolluğu ilə Kol da məskən Salanın lütfü ilə Qoy bərəkət alsın! Yusifin başı üzərinə – Qardaşlarından ayrı düşənin başı üzərinə Qoy bərəkət yağsın! | |
Deut | Northern | 33:17 | O, birinci doğulan buğa qədər heybətlidir, Buynuzları çöl öküzünün buynuzlarına bənzəyir. Bu buynuzlarla xalqları, Yer üzünün qurtaracağınadək hər yerdə olanları vuracaq. Bax belədir Efrayimin on minləri, Bax budur Menaşşenin minləri». | |
Deut | Northern | 33:18 | Zevulun üçün belə dedi: «Ey Zevulun, yola düşəndə sevin, Ey İssakar, çadırlarında sevin! | |
Deut | Northern | 33:19 | Onlar xalqları dağa çağıracaqlar, Orada salehlik qurbanları kəsəcəklər. Bol dəniz nemətləri ilə, Qumlarda gizlənən xəzinələrlə doyacaqlar». | |
Deut | Northern | 33:20 | Qad üçün belə dedi: «Qadın ərazisini artırana şükür olsun! Qad aslan tək yaşayır, Qolu, başı qoparır. | |
Deut | Northern | 33:21 | O özü üçün ilk torpağı seçdi. Çünki onun üçün sərdarın payı saxlanıldı. Xalq rəhbərləri yığılanda Rəbbin ədalətini, İsraillilərə gətirdiyi hökmləri icra etdi». | |
Deut | Northern | 33:23 | Naftali üçün belə dedi: «Ey Rəbbin lütfü və bərəkəti ilə dolu olan Naftali, Qərbi və cənubu mülk edəcəksən». | |
Deut | Northern | 33:24 | Aşer üçün belə dedi: «Oğullar arasında Aşer ən çox bərəkət alsın! Qardaşlarının ən çox bəyəndiyi o olsun! Ayağını zeytun yağına batırsın. | |
Deut | Northern | 33:25 | Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun, Qüvvətin ömrün boyu qurtarmasın! | |
Deut | Northern | 33:26 | Ey Yeşurun, bax sənə kömək etmək üçün Göylər və buludlara əzəməti ilə minən Allahın bənzəri yoxdur. | |
Deut | Northern | 33:27 | Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər. | |
Deut | Northern | 33:28 | İsrail əmin-amanlıqda yaşayır. Taxıl və təzə şərab torpağında Yaqubun çeşməsi sakit qalır, Oraya göylərdən şeh damır. | |