Site uses cookies to provide basic functionality.

OK
NEHEMIAH
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Prev Up Next Toggle notes
Chapter 11
Nehe Northern 11:1  Xalqın rəisləri Yerusəlimdə yerləşdi. Xalqın yerdə qalanı isə püşk atdı ki, hər on nəfərindən biri müqəddəs Yerusəlim şəhərinə yaşamağa getsin, doqquzu isə o biri şəhərlərdə yaşasın.
Nehe Northern 11:2  Yerusəlimdə könüllü yaşamağa gedənlərin hamısına xalq xeyir-dua verdi.
Nehe Northern 11:3  Yerusəlimdə yerləşən vilayət başçıları bunlardır. Ancaq bəzi İsraillilər, kahinlər, Levililər, məbəd qulluqçuları və Süleymanın əyanlarının oğulları Yəhuda şəhərlərində, hər kəs öz şəhərindəki mülkündə yerləşdi.
Nehe Northern 11:4  Binyamin övladlarından və Yəhuda övladlarından bəziləri isə Yerusəlimdə məskunlaşdı. Yəhuda övladları: Peres nəslindən Mahalalel oğlu Şefatya oğlu Amarya oğlu Zəkəriyyə oğlu Uzziya oğlu Ataya,
Nehe Northern 11:5  Şilolu Zəkəriyyə oğlu Yoyariv oğlu Adaya oğlu Xazaya oğlu Qal-Xoze oğlu Baruk oğlu Maaseya.
Nehe Northern 11:6  Peres övladlarından Yerusəlimdə yerləşən 468 nəfər igid adam idi.
Nehe Northern 11:7  Binyamin övladları bunlardır: Yeşaya oğlu Yetiel oğlu Maaseya oğlu Qolaya oğlu Pedaya oğlu Yoed oğlu Meşullam oğlu Sallu və
Nehe Northern 11:9  Zikri oğlu Yoel onların rəhbəri idi, Hassenua oğlu Yəhuda isə şəhərin vali müavini idi.
Nehe Northern 11:11  Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Allah evinin başçısı Seraya və
Nehe Northern 11:12  məbəddə iş görən soydaşları – 822 nəfər; Malkiya oğlu Paşxur oğlu Zəkəriyyə oğlu Amsi oğlu Pelalya oğlu Yeroxam oğlu Adaya və
Nehe Northern 11:13  onun nəsil başçısı olan soydaşları – 242 nəfər; İmmer oğlu Meşillemot oğlu Axzay oğlu Azarel oğlu Amaşsay və
Nehe Northern 11:14  onun soydaşları – 128 nəfər igid döyüşçü. Haqqedolim oğlu Zavdiel onların rəhbəri idi.
Nehe Northern 11:15  Levililərdən: Bunni oğlu Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya.
Nehe Northern 11:16  Levililərin başçılarından Şabbetay və Yozavad Allah evinin bayır işlərini idarə edirdilər.
Nehe Northern 11:17  Asəf oğlu Zavdi oğlu Mikeya oğlu Mattanya şükür duasını oxuyan məbəd ilahiçilərinin dəstə rəhbəri və soydaşlarından Baqbuqya onun müavini idi. Yedutun oğlu Qalal oğlu Şammua oğlu Avda da var idi.
Nehe Northern 11:18  Müqəddəs şəhərdə yaşayan bütün Levililər 284 nəfər idi.
Nehe Northern 11:19  Məbəd qapıçıları Aqquv, Talmon ilə qardaşları darvazalarda keşik çəkənlər, 172 nəfər idi.
Nehe Northern 11:20  İsraillilərin, kahinlərin, Levililərin yerdə qalanları bütün Yəhuda şəhərlərində yaşayırdı. Hər kəs öz mülkündə yaşayırdı.
Nehe Northern 11:21  Məbəd qulluqçuları isə Ofeldə qalırdı. Sixa və Gişpa onlara rəhbərlik edirdi.
Nehe Northern 11:22  Allahın evindəki ibadətdə ilahilər oxuyan Asəf övladlarından Mikeya oğlu Mattanya oğlu Xaşavya oğlu Bani oğlu Uzzi Yerusəlimdə Levililərin rəhbəri idi.
Nehe Northern 11:23  Bu ilahiçilər padşahın fərmanına tabe idi və hər gün vəzifələrini müəyyən edən qaydaları yerinə yetirirdi.
Nehe Northern 11:24  Yəhuda oğlu Zerah övladlarından Meşezavel oğlu Petahya İsrail xalqının ümumi işlərində Fars padşahına kömək edirdi.
Nehe Northern 11:25  Kəndlərə və tarlalarına gəlincə, Yəhuda övladlarından bəziləri Qiryat-Arba ilə qəsəbələrində, Divon ilə qəsəbələrində, Yeqqavseel ilə kəndlərində,
Nehe Northern 11:27  Xasar-Şualda və Beer-Şeva ilə qəsəbələrində,
Nehe Northern 11:30  Zanoahda, Adullam ilə kəndlərində, Lakiş ilə tarlalarında, Azeqa ilə qəsəbələrində qaldılar. Yaşadıqları məntəqə Beer-Şevadan Hinnom dərəsinə qədər idi.
Nehe Northern 11:31  Binyamin övladları Gevadan başlayaraq Mikmas ilə Ayyada, Bet-El ilə qəsəbələrində,
Nehe Northern 11:35  Lod, Ono və Sənətkarlar dərəsində məskən saldılar.
Nehe Northern 11:36  Yəhudadakı Levililərin bəzi bölmələri Binyamin ərazisi üçün ayrıldı.