Site uses cookies to provide basic functionality.

OK
NEHEMIAH
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Prev Up Next
Chapter 12
Nehe Northern 12:1  Şealtiel oğlu Zerubbabil ilə qayıdan kahinlər və Levililər bunlar idi: Seraya, Yeremya, Ezra,
Nehe Northern 12:7  Sallu, Amoq, Xilqiya, Yedaya. Bunlar Yeşuanın dövründə kahinlərin və qardaşlarının başçıları idi.
Nehe Northern 12:8  Levililər: Yeşua, Binnuy, Qadmiel, Şerevya, Yəhuda, Mattanya. Mattanya qardaşları ilə birgə şükür ilahiləri üçün məsuliyyət daşıyırdı.
Nehe Northern 12:9  Onların qardaşları Baqbuqya ilə Unni ibadətdə onların qarşısında dururdu.
Nehe Northern 12:10  Yeşuadan Yoyaqim törədi, Yoyaqimdən Elyaşiv törədi, Elyaşivdən Yoyada törədi.
Nehe Northern 12:11  Yoyadadan Yonatan törədi, Yonatandan Yaddua törədi.
Nehe Northern 12:12  Yoyaqimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Seraya nəslindən Meraya, Yeremya nəslindən Xananya,
Nehe Northern 12:13  Ezra nəslindən Meşullam, Amarya nəslindən Yehoxanan,
Nehe Northern 12:14  Malluk nəslindən Yonatan, Şevanya nəslindən Yusif,
Nehe Northern 12:15  Xarim nəslindən Adna, Merayot nəslindən Xelqay,
Nehe Northern 12:16  İddo nəslindən Zəkəriyyə, Ginneton nəslindən Meşullam,
Nehe Northern 12:17  Aviya nəslindən Zikri, Minyamin nəslindən, Moadya nəslindən Piltay,
Nehe Northern 12:18  Bilqa nəslindən Şammua, Şemaya nəslindən Yehonatan,
Nehe Northern 12:19  Yoyariv nəslindən Mattenay, Yedaya nəslindən Uzzi,
Nehe Northern 12:20  Şallay nəslindən Qallay, Amoq nəslindən Ever,
Nehe Northern 12:21  Xilqiya nəslindən Xaşavya, Yedaya nəslindən Netanel.
Nehe Northern 12:22  Elyaşiv, Yoyada, Yoxanan və Yadduanın günlərində Levili nəsil başçıları və kahinlər Fars padşahı Daranın hökmranlığına qədər qeyd edilmişdi.
Nehe Northern 12:23  Levili nəsil başçıları, Elyaşiv oğlu Yoxananın günlərinə qədər salnamələr kitabında yazıldı.
Nehe Northern 12:24  Levililərin başçıları Xaşavya, Şerevya və Qadmiel oğlu Yeşua bir tərəfdə, qardaşları da o biri tərəfdə dayanıb Allah adamı Davudun əmrinə görə qarşılıqlı həmdlər və şükürlər edirdi.
Nehe Northern 12:25  Mattanya, Baqbuqya, Avdiya, Meşullam, Talmon və Aqquv qapıçılıq edib darvazalardakı anbarları qoruyurdu.
Nehe Northern 12:26  Bunlar Yosadaq oğlu Yeşua oğlu Yoyaqimin günlərində, vali Nehemya və ilahiyyatçı kahin Ezranın dövründə yaşayırdı.
Nehe Northern 12:27  Yerusəlim divarının təqdisetmə mərasimini sevinclə, şükürlə, ilahilərlə, sinc, çəng və lira ilə keçirmək üçün Levililər yaşadıqları hər yerdən çağırılıb Yerusəlimə gətirildilər.
Nehe Northern 12:28  Yerusəlim ətrafındakı sahədən və Netofalıların kəndlərindən,
Nehe Northern 12:29  Bet-Qilqaldan və Geva ilə Azmavet çöllərindən ilahiçilər toplandı. Çünki ilahiçilər Yerusəlim ətrafında özləri üçün kəndlər salmışdılar.
Nehe Northern 12:30  Kahinlər və Levililər özlərini pak edəndən sonra xalqı, darvazaları və divarı pak etdilər.
Nehe Northern 12:31  Onda mən Yəhuda rəislərini divarın üstünə çıxartdım və şükür ilahiləri oxuyan iki böyük dəstə təyin etdim. Onlardan biri divarın üstü ilə sağ tərəfdən Peyin darvazasına doğru gedirdi.
Nehe Northern 12:32  Onların ardınca Hoşaya və Yəhuda rəislərinin yarısı,
Nehe Northern 12:35  əllərində kərənaylarla kahinlərdən bəziləri – Asəf oğlu Zakkur oğlu Mikeya oğlu Mattanya oğlu Şemaya oğlu Yonatan oğlu Zəkəriyyə,
Nehe Northern 12:36  qardaşları Şemaya, Azarel, Milalay, Gilalay, Maay, Netanel, Yəhuda, Xanani, Allah adamı Davudun musiqi alətləri ilə gedirdilər. İlahiyyatçı Ezra onların qabağında gedir.
Nehe Northern 12:37  Çeşmə darvazası yanında və onların qarşısında divar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb Davudun sarayının üst tərəfindən şərqə doğru Su darvazasına qədər getdilər.
Nehe Northern 12:38  Şükür ilahiləri oxuyanların o biri dəstəsi divarın üstü ilə sol tərəfə gedirdi. Mən xalqın yarısı ilə onların ardınca yeriyirdim. Sobalar qülləsindən keçib Geniş divara qədər,
Nehe Northern 12:39  Efrayim darvazasının üstündən Köhnə darvaza, Balıqlar darvazası, Xananel qülləsi, Yüz qülləsi və Qoyun darvazasına qədər gedib Mühafizəçilər darvazasında dayandıq.
Nehe Northern 12:40  Şükür ilahiləri oxuyanların iki dəstəsi Allah evinin yanında ayaq saxladı. Mən də hökumət məmurlarının yarısı ilə dayandım.
Nehe Northern 12:41  Yanımda kərənay çalan kahinlər bunlar idi: Elyaqim, Maaseya, Minyamin, Mikeya, Elyoenay, Zəkəriyyə və Xananya;
Nehe Northern 12:42  habelə Maaseya, Şemaya, Eleazar, Uzzi, Yehoxanan, Malkiya, Elam və Ezer. İlahiçilər İzrahyanın rəhbərliyi altında tərənnüm etdi.
Nehe Northern 12:43  O gün çoxlu qurban kəsildi və şadlıq oldu, çünki Allah xalqa böyük sevinc bəxş etmişdi. Qadınlar və uşaqlar da sevinirdi və Yerusəlimin şənliyi uzaqlardan eşidilirdi.
Nehe Northern 12:44  Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi.
Nehe Northern 12:45  Onlar, ilahiçilərlə məbəd qapıçıları Davud və oğlu Süleymanın əmrinə əsasən özlərinin Allahına xidmət edib pak olma mərasimini yerinə yetirdi.
Nehe Northern 12:46  Çünki qədim zamanlarda – Davudun və Asəfin günlərində ilahiçilərin başçıları var idi və Allaha həmd və şükür mahnıları oxunurdu.
Nehe Northern 12:47  Zerubbabilin və Nehemyanın günlərində bütün İsraillilər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı.