Site uses cookies to provide basic functionality.

OK
NUMBERS
Prev Up Next
Chapter 8
Numb Northern 8:2  «Haruna de: “Yeddi çırağı elə qoy ki, çıraqdanın önünü işıqlandırsın”».
Numb Northern 8:3  Harun belə etdi; Rəbbin Musaya əmr etdiyi kimi çıraqları çıraqdanın önündə yerləşdirdi.
Numb Northern 8:4  Çıraqdanın quruluşu belə idi: altlığından gül təsvirlərinə qədər yastılanmış qızıldan hazırlanmışdı. Çıraqdan Rəbbin Musaya göstərdiyi nümunəyə görə düzəldilmişdi.
Numb Northern 8:6  «İsrail övladlarının arasından Levililəri götür və onları pak et.
Numb Northern 8:7  Onları pak etmək üçün belə et: paklama suyunu üzərlərinə çilə, sonra bədənlərindəki bütün tükləri qırxıb geyimlərini yusunlar. Beləliklə, pak olarlar.
Numb Northern 8:8  O zaman bir buğa və onun taxıl təqdimi olan zeytun yağı ilə yoğrulmuş narın un götürsünlər. Günah qurbanı olaraq yenə bir buğa götür.
Numb Northern 8:9  Levililəri Hüzur çadırının önünə gətir. İsrail övladlarının bütün icmasını da topla.
Numb Northern 8:10  Levililəri Rəbbin önünə gətirdikdə qoy İsrail övladları əllərini onların üzərinə qoysunlar.
Numb Northern 8:11  Harun yellətmə təqdimi olaraq İsrail övladlarının arasından Levililəri Rəbbin önünə gətirəcək ki, Rəbbə xidmət etsinlər.
Numb Northern 8:12  Levililər əllərini buğaların başlarına qoysunlar; birini günah qurbanı və o birini yandırma qurbanı olaraq Rəbbə gətir ki, Levililər üçün kəffarə olunsun.
Numb Northern 8:13  Levililəri Harunla oğullarının önündə dayandır. Sonra da onları Rəbbə gətirib yellətmə təqdimi olaraq həsr edəcəksən.
Numb Northern 8:14  Levililəri İsrail övladları arasından beləcə ayır ki, Levililər Mənim olsun.
Numb Northern 8:15  Levililəri pak edib yellətmə təqdimi olaraq həsr et; bundan sonra onlar Hüzur çadırında xidmət etmək üçün içəri girə bilər.
Numb Northern 8:16  Çünki İsrail övladları arasından onlar tamamilə Mənə verilmişdir; İsrailli qadınların doğduğu bütün ilk oğlanların əvəzinə onları Özümə götürdüm.
Numb Northern 8:17  İsrail övladları arasında ilk doğulan bütün oğlanlar və bütün heyvan balaları Mənimdir; Misir diyarında bütün ilk oğlanları məhv etdiyim gün onları Özümə təqdis etdim.
Numb Northern 8:18  Ona görə də İsrail övladları arasında bütün ilk oğlanların yerinə Levililəri götürdüm.
Numb Northern 8:19  İsrail övladları arasından Levililəri Haruna və oğullarına hədiyyə olaraq verdim ki, Hüzur çadırında İsrail övladları üçün xidməti yerinə yetirib kəffarə etsinlər və beləcə Müqəddəs yerə yaxınlaşan İsrailliləri bəlaya düçar olmaqdan qorusunlar».
Numb Northern 8:20  Musa ilə Harun və bütün İsrail övladlarının icması Levililər üçün deyilənləri etdilər. İsrail övladları Rəbbin Levililər haqqında Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər.
Numb Northern 8:21  Levililər özlərini pak edib geyimlərini yudular. Harun onları Rəbbin önünə gətirib yellədilən təqdim olaraq həsr etdi və onlar üçün kəffarə etdi ki, pak olsunlar.
Numb Northern 8:22  Ondan sonra Levililər Harunla oğullarının nəzarəti altında Hüzur çadırında xidmətlərini icra etmək üçün Rəbbin Musaya əmr etdiyini yerinə yetirdilər.
Numb Northern 8:24  «Bu qanun Levililərə aiddir. İyirmi beş yaş və ondan yuxarı olanlar Hüzur çadırının işini görmək üçün içəri girsinlər.
Numb Northern 8:25  Əlli yaşa çatanda isə gördükləri xidmətlərini dayandırıb daha işləməməlidirlər.
Numb Northern 8:26  Hüzur çadırında öz vəzifələrini yerinə yetirən qardaşlarına yardım edə bilərlər, lakin özləri xidmət etməsinlər. Levililərin vəzifələrini belə qaydaya sal».