Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next Toggle notes
Chapter 10
Gene Northern 10:1  Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu.
Gene Northern 10:2  Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras.
Gene Northern 10:4  Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim.
Gene Northern 10:5  Onların nəsilləri adalara, öz torpaqlarına yayıldı. Öz millətlərinin arasında dillərə və qəbilələrə ayrıldı.
Gene Northern 10:6  Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan.
Gene Northern 10:7  Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan.
Gene Northern 10:8  Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu.
Gene Northern 10:9  Nəmrud Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin önündə Nəmrud kimi mahir ovçu» sözü deyilir.
Gene Northern 10:10  Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi.
Gene Northern 10:11  O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı,
Gene Northern 10:12  Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi.
Gene Northern 10:13  Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular,
Gene Northern 10:14  Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.
Gene Northern 10:15  Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet,
Gene Northern 10:18  Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf yerlərə yayıldı.
Gene Northern 10:19  Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı.
Gene Northern 10:20  Bunlar öz ölkələrində və millətlərinin arasında qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları idi.
Gene Northern 10:21  Everin bütün oğullarının əcdadı və Yafəsin böyük qardaşı olan Samın da oğulları oldu.
Gene Northern 10:22  Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram.
Gene Northern 10:24  Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi.
Gene Northern 10:25  Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi.
Gene Northern 10:29  Ofir, Xavila və Yovav törədi; bunların hamısı Yoqtanın oğulları idi.
Gene Northern 10:30  Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə məskən salmışdı.
Gene Northern 10:31  Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan Sam oğulları idi.
Gene Northern 10:32  Öz millətləri arasında nəsillərinə görə Nuh oğullarının qəbilələri bunlardır. Daşqından sonra onların nəsillərindən yer üzünə millətlər yayıldı.