Site uses cookies to provide basic functionality.

OK
I KINGS
Prev Up Next Toggle notes
Chapter 4
I Ki Northern 4:1  Padşah Süleyman bütün İsrail üzərində hökmran idi.
I Ki Northern 4:2  Əyanları da bunlar idi: Kahin – Sadoq oğlu Azarya;
I Ki Northern 4:3  Mirzələr – Şişanın oğulları Elixoref və Axiya; Salnaməçi – Axilud oğlu Yehoşafat;
I Ki Northern 4:4  Ordu başçısı – Yehoyada oğlu Benaya; Kahinlər – Sadoq və Evyatar;
I Ki Northern 4:5  Baş vali – Natan oğlu Azarya; Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud;
I Ki Northern 4:6  Saray rəisi – Axişar; Mükəlləfiyyətçilər üzərində nəzarətçi – Avda oğlu Adoniram.
I Ki Northern 4:7  Bütün İsrail üzərində Süleymanın on iki bölgə valisi var idi. Onlar padşahı və onun evini ərzaqla təmin edirdilər və hər biri ildə bir aylıq ərzaq göndərməli idi.
I Ki Northern 4:8  Onların adları belədir: Efrayimin dağlıq bölgəsində Ben-Xur;
I Ki Northern 4:9  Maqas, Şaalvim, Bet-Şemeş və Elon-Bet-Xanan bölgələrində Ben-Deqer;
I Ki Northern 4:10  Soko və bütün Xefer torpağının da aid olduğu Arubbot bölgəsində Ben-Xesed;
I Ki Northern 4:11  bütün Nafat-Dor bölgəsində Süleymanın qızı Tafatın əri olan Ben-Avinadav;
I Ki Northern 4:12  Taanak, Megiddo, İzreelin altındakı Sartanın yanında olan bütün Bet-Şean bölgəsində və Bet-Şeandan Avel-Mexolaya, Yoqmeamın o biri tərəfinə qədər uzanan bölgədə Axilud oğlu Baana;
I Ki Northern 4:13  Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever;
I Ki Northern 4:15  Naftali torpağında Süleymanın qızı Basmatı arvad alan Aximaas;
I Ki Northern 4:16  Aşer torpağında və Alot bölgəsində Xuşay oğlu Baana;
I Ki Northern 4:19  Gilead torpağında, yəni keçmişdə Emorluların padşahı Sixona və Başan padşahı Oqa məxsus olan ölkədə bu bölgənin yeganə valisi olan Uri oğlu Gever.
I Ki Northern 4:20  Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar.
I Ki Northern 4:21  Süleyman Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlıqlar üzərində hökmranlıq edirdi. Onlar Süleymanın ömrünün axırına qədər xərac verdilər və ona qulluq etdilər.
I Ki Northern 4:22  Süleymanın evinin gündəlik ərzağı bunlardan ibarət idi: otuz kor narın un və altmış kor iri üyüdülmüş un,
I Ki Northern 4:23  on baş bəslənmiş mal-qara, iyirmi otlaq öküzü, yüz qoyun, maral, ceyran, cüyür və bəslənmiş ev quşları.
I Ki Northern 4:24  Tifsahdan Qəzzəyə qədər Fərat çayının bu tayındakı bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı.
I Ki Northern 4:25  Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı.
I Ki Northern 4:26  Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi.
I Ki Northern 4:27  Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı.
I Ki Northern 4:28  Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.
I Ki Northern 4:29  Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi.
I Ki Northern 4:30  Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi.
I Ki Northern 4:31  O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı.
I Ki Northern 4:32  O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi.
I Ki Northern 4:33  Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı.
I Ki Northern 4:34  Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi.