Site uses cookies to provide basic functionality.

OK
ECCLESIASTES
1 2 3 4 5 6 7 8 9 10 11 12
Prev Up Next
Chapter 7
Eccl Northern 7:1  Yaxşı ad ətirli yağdan, Ölüm günü isə doğum günündən yaxşıdır.
Eccl Northern 7:2  Yas evinə getmək Ziyafət evinə getməkdən yaxşıdır, Çünki hər kəsin axırı ölümdür. Gərək yaşayan hər adam Bunu yadında saxlasın.
Eccl Northern 7:3  Qüssə gülməkdən yaxşıdır, Çünki üzün qəmgin olması İnsan üçün daha yaxşıdır.
Eccl Northern 7:4  Hikmətli adamın ürəyi yas evindədir, Amma ağılsızın ürəyi şadlıq evində.
Eccl Northern 7:5  Hikmətli adamın məzəmmətini eşitmək Ağılsızın nəğməsini eşitməkdən yaxşıdır.
Eccl Northern 7:6  Çünki ağılsız adamın gülməyi Qazan altında yanan tikanlı kolun səsi kimidir. Bu da puçdur.
Eccl Northern 7:7  Haram gəlir hikmətli adamı ağılsıza çevirir, Rüşvət isə ürəyi bərbad edir.
Eccl Northern 7:8  Bir şeyin axırı əvvəlindən yaxşıdır, Səbirli adam qürurludan yaxşıdır.
Eccl Northern 7:9  Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar.
Eccl Northern 7:10  “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil.
Eccl Northern 7:11  Hikmət miras mal qədər yaxşıdır, Dünyada yaşayan hər kəs üçün faydalıdır.
Eccl Northern 7:12  Çünki pul necə insanın sipəridirsə, Hikmət də eləcə insanın sipəridir. Amma biliyin faydası bundan ibarətdir: Hikmət ona sahib olana həyat verər.
Eccl Northern 7:13  Allahın işinə diqqət et: Onun əydiyini kim düzəldə bilər?
Eccl Northern 7:14  Yaxşı gündə şad-xürrəm ol, Pis gündə isə bunu anla: Hər cür günü Allah təyin edib ki, İnsan özündən sonra nə olacağını bilməsin.
Eccl Northern 7:15  Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.
Eccl Northern 7:16  Həddən artıq saleh olma, Həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən?
Eccl Northern 7:17  Həddən artıq pis olma, Həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən?
Eccl Northern 7:18  Bir şeydən yapışmağın yaxşıdır, Amma o birindən də əlini çəkmə. Çünki Allahdan qorxan adam Hər ikisini tarazlayar.
Eccl Northern 7:19  Hikmət ağıllı adama Şəhərdə olan on hakimin hökmündən Daha çox güc verər.
Eccl Northern 7:20  Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin.
Eccl Northern 7:21  Adamların dediyi hər sözə məhəl qoyma, Onda nökərinin səni söydüyünü eşitməzsən.
Eccl Northern 7:22  Çünki sənin ürəyin də yaxşı bilir ki, Sən də başqa adamları çox söymüsən.
Eccl Northern 7:23  Bu deyilənlərin hamısını hikmətlə sınadım. “Hikmətli olacağam” söylədim. Amma buna qadir olmadım.
Eccl Northern 7:24  Hikmət deyilən şey Çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər?
Eccl Northern 7:25  Mən ürəyimdə niyyət etdim ki, Hikməti və hər şeyin əsasını bilim, Axtarıb araşdırım, Bilim ki, pislik ağılsızlıqdır, Ağılsızlıq isə dəlilikdir.
Eccl Northern 7:26  Tələ quran qadını Ölümdən acı gördüm. Onun ürəyi tora, Əlləri zəncirə bənzər. Allahın razı qaldığı adam ondan qaçar, Ancaq günahkar adam ona əsir olar».
Eccl Northern 7:27  Vaiz deyir: «Bax bunu öyrəndim: Hər şeyin əsasını tapmaq üçün Bir-bir araşdıran zaman
Eccl Northern 7:28  Ürəyim hey axtarır, ancaq tapa bilmir. Min kişinin içində bir yaxşısını tapdım, Amma bu qədər qadının içində bir yaxşısını tapmadım.
Eccl Northern 7:29  Ancaq bunu öyrəndim ki, Allah insanları kamil yaratdı, Onlar isə qarışıq fikirlərə düşdü.