Site uses cookies to provide basic functionality.

OK
ISAIAH
Prev Up Next Toggle notes
Chapter 38
Isai Northern 38:1  O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».
Isai Northern 38:2  Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi:
Isai Northern 38:3  «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.
Isai Northern 38:5  «Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram.
Isai Northern 38:6  Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam.
Isai Northern 38:7  Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur:
Isai Northern 38:8  batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi.
Isai Northern 38:9  Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı:
Isai Northern 38:10  «Mən öz-özümə dedim: Ömrüm yarıya çatan zaman Ölülər diyarının qapısından keçməliyəm, Həyatımın qalan illərindən məhrum olmuşam.
Isai Northern 38:11  Dedim, Rəbbi dirilər arasında, Bəli, Rəbbi bir daha görməyəcəyəm. Bu dünyada yaşayanlar kimi Artıq insan üzü görməyəcəyəm.
Isai Northern 38:12  Evim çoban çadırı kimi dağıldı, Əlimdən alındı. Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi, Ya Rəbb, bu dəzgahdan məni kəsdin. Bir günün içində əcəlimi çatdırdın.
Isai Northern 38:13  Səhərə qədər ağrılardan çığırdım, Rəbb aslan tək bütün sümüklərimi qırır. Bir günün içində əcəlimi çatdırdın.
Isai Northern 38:14  Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
Isai Northern 38:15  Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir. Çəkdiyim əzablardan sonra qalan illərimi Sakit yaşayacağam.
Isai Northern 38:16  Ya Xudavənd, adamları yaşadan Sənsən, Məni də Sən yaşadırsan. Məni yenə canlandıracaqsan, Yaşat məni!
Isai Northern 38:17  Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu. Sən sevginlə canımı qəbirdən qurtardın, Bütün günahlarımı aradan götürdün.
Isai Northern 38:18  Axı ölülər diyarı Sənə şükür etməz, Ölüm həmdlər söyləməz, Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz.
Isai Northern 38:19  Bu gün Sənə etdiyim kimi Dirilər, yalnız dirilər Sənə şükür edər. Atalar Sənin sədaqətini övladlarına tanıtdırır.
Isai Northern 38:20  Rəbb mənə qurtuluş verdi, Ömrümüz boyu Rəbbin məbədində Səni simli alətlərlə, ilahilərlə mədh edərik».
Isai Northern 38:21  Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın».
Isai Northern 38:22  Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?»