Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next Toggle notes
Chapter 7
Matt Northern 7:1  Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız.
Matt Northern 7:2  Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.
Matt Northern 7:3  Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən?
Matt Northern 7:4  Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!”
Matt Northern 7:5  Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.
Matt Northern 7:6  Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.
Matt Northern 7:7  Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.
Matt Northern 7:8  Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
Matt Northern 7:9  Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi?
Matt Northern 7:11  Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!
Matt Northern 7:12  İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.
Matt Northern 7:13  Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur.
Matt Northern 7:14  Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
Matt Northern 7:15  Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar.
Matt Northern 7:16  Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı?
Matt Northern 7:17  Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər.
Matt Northern 7:18  Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz.
Matt Northern 7:19  Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar.
Matt Northern 7:20  Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.
Matt Northern 7:21  Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək.
Matt Northern 7:22  O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?”
Matt Northern 7:23  Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”
Matt Northern 7:24  Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir.
Matt Northern 7:25  Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub.
Matt Northern 7:26  Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir.
Matt Northern 7:27  Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar».
Matt Northern 7:28  İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi,
Matt Northern 7:29  çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.