Site uses cookies to provide basic functionality.

OK
I CORINTHIANS
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Prev Up Next
Chapter 12
I Co Northern 12:1  Qardaşlar, indi isə ruhani ənamlara gəlincə, bixəbər olmağınızı istəmirəm.
I Co Northern 12:2  Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz.
I Co Northern 12:3  Buna görə sizi xəbərdar edirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz.
I Co Northern 12:5  Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir.
I Co Northern 12:6  Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir.
I Co Northern 12:7  Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur.
I Co Northern 12:8  Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir.
I Co Northern 12:9  Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir.
I Co Northern 12:10  Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir.
I Co Northern 12:11  Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır.
I Co Northern 12:12  Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir;
I Co Northern 12:13  çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.
I Co Northern 12:14  Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir.
I Co Northern 12:15  Ayaq «mən əl olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil.
I Co Northern 12:16  Qulaq «mən göz olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil.
I Co Northern 12:17  Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iy bilərdik?
I Co Northern 12:18  Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi.
I Co Northern 12:19  Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə qalardı?
I Co Northern 12:21  Göz ələ «sən mənə lazım deyilsən» və yaxud baş da ayaqlara «siz mənə lazım deyilsiniz» deyə bilməz.
I Co Northern 12:22  Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazımlıdır,
I Co Northern 12:23  dəyəri az saydığımız bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayğı göstəririk.
I Co Northern 12:24  Görünən üzvlərimizin isə buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki,
I Co Northern 12:25  bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin.
I Co Northern 12:26  Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir.
I Co Northern 12:27  Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz.
I Co Northern 12:28  Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi.
I Co Northern 12:29  Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi?
I Co Northern 12:30  Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi?
I Co Northern 12:31  Amma daha böyük ənamları səylə istəyin. İndi isə sizə bundan da əla yol göstərəcəyəm.