Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 26
Job Northern 26:2  «Biçarəyə necə də kömək etdin! Taqətdən düşən qolu necə xilas etdin!
Job Northern 26:3  Hikmətsiz adama necə məsləhət verdin! Ona bol-bol müdriklik öyrətdin!
Job Northern 26:4  Axı bu sözləri kimə söyləyirsən? Sənin ağzınla kimin ruhu danışır?
Job Northern 26:5  Ölülər titrəyir, Su altında məskən salanlar lərzəyə gəlir.
Job Northern 26:6  Allahın hüzurunda ölülər diyarı çılpaqdır, Həlak yerinin örtüyü yoxdur.
Job Northern 26:7  Şimalı boş fəzanın üstünə yayır, Dünyanı heçliyin üstündən asır.
Job Northern 26:8  Buludların içinə sularını büküb yığır, Onların ağırlığından buludlar yırtılmır.
Job Northern 26:9  Bədirlənmiş ayın üzünü örtür, Buludları üstünə çəkir.
Job Northern 26:10  Suların üstünə bir sərhəd çəkir, İşıqla qaranlığı bölür.
Job Northern 26:11  O qəzəblənəndə göyün dirəkləri sarsılır, Çaşıb qalır.
Job Northern 26:12  Dənizi gücü ilə çalxalayır, Müdrikliyi ilə Rahavı vurur.
Job Northern 26:13  Göyləri nəfəsi ilə açır, Qaçan ilanı əli ilə parçalayır.
Job Northern 26:14  Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?»