Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 14
Job Northern 14:1  Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur.
Job Northern 14:2  Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər.
Job Northern 14:3  Gözlərini beləsinəmi dikirsən? Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən?
Job Northern 14:4  Kim çirkab içindən təmiz bir şey tapar? Heç kim!
Job Northern 14:5  İnsana ömür günləri müəyyən edilib, Aylarının sayını Sən bilirsən, Ömrü üçün müəyyən hədd qoymusan, Bu həddi keçən yoxdur.
Job Northern 14:6  Sən ondan gücünü çək, İş gününü bitirən zəhmətkeş kimi Bir az dincəlsin.
Job Northern 14:7  Bir ağac üçün ümid var, Kəsilsə belə, yenə pöhrəsini verər, Şaxələri əskilməz.
Job Northern 14:8  Kökü yerdə qocalsa da, Kötüyü torpaqda məhv olsa da,
Job Northern 14:9  Suyun iyini duyanda çiçəklənər, Cavan ağac kimi şaxələnər.
Job Northern 14:10  Amma insan ölər, dəfn olunar, Son nəfəsini verər, yox olar.
Job Northern 14:11  Dəniz suları çəkilib getdiyi kimi, Çaylar azalıb quruduğu kimi
Job Northern 14:12  İnsan da yatar, bir daha qalxmaz, Göylər yox olanadək oyadılmaz, Yuxularından ayılmaz.
Job Northern 14:13  Kaş ki məni ölülər diyarında gizlədəydin, Qəzəbin keçənədək saxlayaydın, Mənə möhlət verəydin, Sonra məni yada salaydın.
Job Northern 14:14  İnsan ölsə, dirilərmi? Növbəm çatanacan Bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm.
Job Northern 14:15  Sən çağıranda cavab verəcəyəm, Əllərinin bu işinin həsrətini çəkəcəksən.
Job Northern 14:16  O zaman addımlarımı sayacaqsan, Günahımı nəzərə almayacaqsan.
Job Northern 14:17  Üsyankarlığım torbada möhürlənəcək, Günahımın üstünü örtəcəksən.
Job Northern 14:18  Amma dağın uçub dağılması kimi, Qayanın yerindən qopması kimi,
Job Northern 14:19  Su daşları yuvarladığı kimi, Sellər torpağı yuyub apardığı kimi Sən də insanın ümidini yox edirsən.
Job Northern 14:20  Onu əbədi məğlub edirsən, o köçüb gedir. Görkəmini dəyişdirib yola salırsan.
Job Northern 14:21  Övladları şərəflənəndə də onun xəbəri olmaz, Düşkün hala düşəndə də heç nəyi başa düşməz.
Job Northern 14:22  Hamı öz canının ağrısını duyur, Yalnız özü üçün yas tutur».