Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 10
Job Northern 10:1  Canım həyatımdan bezib. Şikayətimə məhdudiyyət qoymayacağam, Acı həyatımdan danışacağam.
Job Northern 10:2  Qoy Allaha deyim: “Məni günahlandırma, Bir mənə söylə, niyə mənimlə çəkişirsən?
Job Northern 10:3  Məni incitmək, Əllərinin işini xor görmək, Pislərin niyyətlərinə işıq vermək Sənə xoşdurmu?
Job Northern 10:4  Səndə insan gözümü var? İnsan necə görürsə, Sən də elə görürsənmi?
Job Northern 10:5  Günlərin insan ömrü kimidirmi? İllərin insanın yaşadığı illər kimidirmi?
Job Northern 10:6  Çünki məndə təqsir axtarırsan, Günahlarımı araşdırırsan.
Job Northern 10:7  Özün də bilirsən mən şər adam deyiləm, Məni Sənin əlindən qurtaran yoxdur.
Job Northern 10:8  Əllərin mənə quruluş verdi, məni yaratdı. İndi dönüb məni yox edəcəksənmi?
Job Northern 10:9  Məni palçıqdan düzəltdin, bunu xatırla. Yenidən məni torpağa çevirəcəksənmi?
Job Northern 10:10  Məni süd kimi tökmədinmi, Pendir kimi bərkitmədinmi?
Job Northern 10:11  Ət və dərini əynimə geyindirdin, Məni sümük və vətərlərlə hördün,
Job Northern 10:12  Mənə həyat verdin, sevgi göstərdin, Qayğıma qalmağınla ruhumu hifz etdin.
Job Northern 10:13  Amma bunları qəlbində gizlətdin. Mən isə bilirəm, fikrində bu şeylər var:
Job Northern 10:14  Günah işlətsəydim, mənə nəzarət edərdin, Təqsirlərimi cəzasız qoymazdın.
Job Northern 10:15  Əgər günahkar olsaydım, vay halıma! Günahsız olsam belə, yenə başımı qaldıra bilmərəm, Çünki xəcalət içindəyəm, necə də biçarəyəm.
Job Northern 10:16  Əgər başımı qaldırsam, məni aslan kimi ovlarsan, Yenə heyrətamiz qüvvəni mənə göstərərsən.
Job Northern 10:17  Əleyhimə yeni şahidlər çıxararsan, Mənə qarşı qəzəbini artırarsan, Orduların üstümə dayanmadan hücum çəkər.
Job Northern 10:18  Niyə məni doğulmağa qoydun? Kimsənin gözü məni görmədən kaş öləydim.
Job Northern 10:19  Kaş ki heç yaranmayaydım, Bətndən məzara düşəydim.
Job Northern 10:20  Məgər ömrümə bir neçə gün qalmayıbmı? Mənə bir qədər sərbəstlik ver ki, bir az ürəyim açılsın
Job Northern 10:21  Gedər-gəlməz yerə, Zülmət və ölüm kölgəsi diyarına,
Job Northern 10:22  Qatı qaranlıq diyarına, Ölüm kölgəsi, qarışıqlıq diyarına, İşığı qaranlıq olan diyara getməzdən əvvəl”».