Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next
Chapter 8
Job Northern 8:2  «Bunları nə vaxta qədər deyəcəksən? Sözlərin sərt küləyə bənzər.
Job Northern 8:3  Allah ədaləti azdırarmı? Külli-İxtiyar salehi əyri edərmi?
Job Northern 8:4  Bəlkə oğulların Ona qarşı günah edib, O da üsyankarlıqlarının cəzasını verib.
Job Northern 8:5  Əgər cəhd göstərib Allahı axtarsaydın, Külli-İxtiyara yalvarsaydın,
Job Northern 8:6  Əgər təmiz, doğru olsaydın, O sənin üçün, həqiqətən, qalxardı, Sənə layiqincə bir məskən verərdi.
Job Northern 8:7  Başlanğıcın kiçik olsa da, Sonun böyük olacaq.
Job Northern 8:8  Gəl indi əvvəlki nəsillərdən soruş, Ata-babaların sınağından keçənlərə yaxşı nəzər sal.
Job Northern 8:9  Dünənki övladlarıq, heç nə bilmirik. Bu dünyada ömrümüz sadəcə bir kölgədir.
Job Northern 8:10  Onlar izah edib sənə öyrətməzlərmi? Köksündəki sözləri dilə gətirməzlərmi?
Job Northern 8:11  Bataqlıq olmayan yerdə qarğı bitərmi? Su olmayan yerdə qamış çıxarmı?
Job Northern 8:12  Hələ yaşıl ikən qırılmadan, Hər otdan əvvəl onlar quruyar.
Job Northern 8:13  Allahı unudan hər kəs axırda belə qalar, Allahsız insanın ümidi beləcə yox olar.
Job Northern 8:14  Onun etibar etdiyi şeylər qırılar, Bel bağladığı sanki hörümçək toru olar.
Job Northern 8:15  Evinə söykənərkən evi uçar, Evindən tutarkən dağılar.
Job Northern 8:16  Sanki bu allahsızlar günəşə baxar, yaşıllaşar, Pöhrələri bağçanın hər tərəfinə yayılar.
Job Northern 8:17  Rişələri daş qalağına dolaşar, Çınqılların arasında yer axtarar.
Job Northern 8:18  Amma yerindən qoparılarkən Yer inkar edərək deyər: “Səni görməmişəm”.
Job Northern 8:19  Bax belə sevincinə son qoyular, Onun yerində başqa bitkilər bitər.
Job Northern 8:20  Allah kamil insanı Özündən kənar etməz, Pislik edənlərinsə əlindən tutmaz.
Job Northern 8:21  O sənin ağzını yenə gülüşlə, Dodaqlarını sevinc nidaları ilə doldurar.
Job Northern 8:22  Düşmənlərini rüsvayçılıq bürüyəcək, Pislərin çadırı məhv ediləcək».