Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 5
Job Northern 5:1  Çağır görək sənə cavab verən varmı? Müqəddəslərin hansı birinə üz tutacaqsan?
Job Northern 5:2  Səfehi qəzəb öldürər, Nadanı həsəd məhv edər.
Job Northern 5:3  Səfehin kök saldığını görərkən Dərhal yurduna lənət etmişəm.
Job Northern 5:4  Övladları əmin-amanlıqdan uzaqdır, Məhkəmə qapılarında tapdalanır, Onlara havadar yoxdur.
Job Northern 5:5  Məhsullarını aclar yeyir, Tikanlar arasında olanlarını belə, yığırlar, Susayanlar sərvətini udmaq istəyir.
Job Northern 5:6  Axı torpaqdan bəla gəlməz, Əzab yerdən bitməz.
Job Northern 5:7  Sanki havaya atılan qığılcımdır, İnsan əzab çəkmək üçün doğulur.
Job Northern 5:8  Mən olsaydım, Allaha üz tutardım, Müşkül işlərimi Ona tapşırardım.
Job Northern 5:9  Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir.
Job Northern 5:10  Yer üzərinə yağış yağdırır, Çöllərə sular axıdır.
Job Northern 5:11  Alçaldılanları ucaldır, Yaslıları əmin-amanlığa çıxarır.
Job Northern 5:12  Əlləri qurğu qurmağı öyrənməsin deyə Hiyləgərlərin fəndini pozur.
Job Northern 5:13  Müdrikləri hiylə qurarkən yaxalayır, Fəndgirlərin oyununa son qoyur.
Job Northern 5:14  Gündüzləri qaranlığa dönür, Günorta onlara gecə kimi görünür, Onlar kor kimi əl sürtə-sürtə gəzir.
Job Northern 5:15  Yoxsulları isə onların ağızlarındakı qılıncdan qurtarır, Zorakının əlindən alır.
Job Northern 5:16  Kasıblar ümid tapır, Haqsızlıq ağzını yumur.
Job Northern 5:17  Allahın tərbiyə etdiyi insan nə bəxtiyardır! Sən Külli-İxtiyarın tərbiyəsinə xor baxma.
Job Northern 5:18  Çünki O yaralayar, sonra isə sarıyar, Ağrı verər, əlləri ilə sağaldar.
Job Northern 5:19  O, altı dəfə dara düşsən belə, qurtarar, Yeddinci dəfə sənə ziyan dəyməz.
Job Northern 5:20  O səni aclıqda məhv olmaqdan, Döyüşdəki qılıncdan qurtarar.
Job Northern 5:21  Kəskin dillərdən uzaq olarsan, Qırğın gələrkən qorxmazsan.
Job Northern 5:22  Qırğına, aclığa gülərsən, Vəhşi heyvanlardan qorxmazsan.
Job Northern 5:23  Çünki çöldəki daşlarla belə, əhd kəsərsən, Vəhşi heyvanlarla belə, barışarsan.
Job Northern 5:24  Çadırının salamat qalacağını bilərsən, Mülkünə baxanda heç bir əskiklik tapmazsan.
Job Northern 5:25  Övladlarının necə artdığını görərsən, Nəslin ot kimi bitib qalxar.
Job Northern 5:26  Vaxtında yığılan taxıl dərzləri kimi Kama çatıb məzarına gedərsən.
Job Northern 5:27  Bax bunu araşdırmışıq, bu həqiqətdir, Onun üçün bunu dinlə və anla».