Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next
Chapter 9
Job Northern 9:2  «Belə olduğunu, həqiqətən, bilirəm. Amma Allah qarşısında insan necə haqlı çıxa bilər?
Job Northern 9:3  Əgər Onunla kimsə mübahisə etmək istəsə, Onun min sualına bir cavab tapa bilməz.
Job Northern 9:4  Hikməti dərin, gücü tükənməyən Odur. Ona qarşı duranlardan kim sağ qalıb?
Job Northern 9:5  Allah dağları yerindən oynadar, Dağlar heç bilməz. Qəzəbi ilə onları alt-üst edər.
Job Northern 9:6  Dünyanı yerindən oynadar, Dirəklərini lərzəyə salar.
Job Northern 9:7  Əmr etsə, günəş doğmaz, Ulduzların işığını örtüb möhürlər.
Job Northern 9:8  Odur təkbaşına göyləri sərən, Dəniz dalğalarının üstündə gəzən.
Job Northern 9:9  Odur Böyük Ayı, Orion, Ülkər bürclərini, Cənub bürclərini yaradan.
Job Northern 9:10  Odur dərk etmədiyimizdən də böyük işlər görən, Saysız xariqələr göstərən.
Job Northern 9:11  Bax yanımdan elə keçər ki, Onu görə bilmərəm, Elə keçib gedər ki, heç hiss etmərəm.
Job Northern 9:12  Nə isə tutub apararsa, kim Ona mane ola bilər? Kim Ona “Nə edirsən?” deyə bilər?
Job Northern 9:13  Allah qəzəbini geri döndərməz, Rahavın köməkçiləri belə, ayağı altda qalar.
Job Northern 9:14  Belə isə Ona necə cavab verə bilərəm? Hüzurunda necə söz tapa bilərəm?
Job Northern 9:15  Günahsız olsam belə, Ona cavab verə bilmərəm, Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam.
Job Northern 9:16  Onu çağıranda O mənə cavab versə belə, Yenə inanmıram ki, O, səsimi eşidir.
Job Northern 9:17  Çünki tufanla məni əzir, Nahaq yerə yaralarımı çoxaldır,
Job Northern 9:18  Məni nəfəs almağa qoymur, Məni acılarla cana doydurur,
Job Northern 9:19  İş qüvvədədirsə, O qüvvəlidir, İş ədalətdədirsə, kim Onu hakimin qarşısına apara bilər?
Job Northern 9:20  Mən günahsız olsam belə, dilim məni ittiham edər, Kamil olsam belə, məni təqsirkar çıxarar.
Job Northern 9:21  Kamil olsam da, bir şey deyiləm, Öz həyatıma xor baxıram.
Job Northern 9:22  Hamısı birdir, ona görə deyirəm: “O həm kamili, həm də günahkarı yox edir”.
Job Northern 9:23  Əgər qəfil ölüm gəlsə, Günahsızların əzabına gülür.
Job Northern 9:24  Dünya pislərə təslim edilib, Dünya hakimlərinin gözünü bağlayan Odur. O deyilsə, bəs kimdir?
Job Northern 9:25  Günlərim sürətlə qaçır, çapardan sürətlidir, Bir xeyir tapmadan qaçırlar.
Job Northern 9:26  Qamış qayıq kimi keçib gedirlər Ovunun üstünə şığıyan qartal kimidirlər.
Job Northern 9:27  Bu şikayətimi unutmaq istəsəm, Sifətimin ifadəsini dəyişib ürəyimin açılmasını istəsəm,
Job Northern 9:28  Bu əziyyətdən yenə vahimələnərəm, Məni günahsız saymayacağını bilərəm.
Job Northern 9:29  Madam ki yenə günahkar çıxacağam, Boş yerə niyə belə zəhmət çəkim?
Job Northern 9:30  Əgər qar suyu ilə yuyunsam, Əllərimi gilabı ilə yusam,
Job Northern 9:31  Yenə də məni çirkaba batırarsan, Paltarlarım belə, məndən iyrənir.
Job Northern 9:32  O mənim kimi insan olmadığına görə Ona cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm.
Job Northern 9:33  Kaş aramızda bir hakim olaydı, Əlini ikimizin də üzərinə qoyaydı.
Job Northern 9:34  Allah Öz dəyənəyini üstümdən götürəydi, Dəhşəti ilə məni vahimələndirməyəydi.
Job Northern 9:35  O zaman Ondan qorxmadan danışardım, Amma bu vəziyyətdə heç nə edə bilmirəm.