Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 32
Job Northern 32:1  Beləliklə, bu üç kişi artıq Əyyuba cavab verməyi dayandırdı, çünki Əyyub öz gözündə saleh idi.
Job Northern 32:2  Amma Əyyub özünü Allahdan da saleh saydığı üçün Ram nəslindən Buzlu Barakelin oğlu Elihu ona qarşı qəzəbdən alovlandı.
Job Northern 32:3  Elihu Əyyubun üç dostuna görə də hirsindən alışıb-yandı, çünki düzgün cavab tapmayıb Əyyubu günahkar çıxartdılar.
Job Northern 32:4  Elihu Əyyubla danışmaq üçün növbəsini gözləyirdi, çünki əvvəlkilər yaşca ondan böyük idi.
Job Northern 32:5  Bu üç nəfərin daha sözü qalmadığını görəndə o, hirsindən alışıb-yandı.
Job Northern 32:6  Buzlu Barakelin oğlu Elihu belə dedi: «Mən yaşca kiçiyəm, sizsə yaşlısınız. Ona görə çəkindim, Bildiyimi sizə söyləməyə qorxdum.
Job Northern 32:7  Dedim “qoy danışsın çox uzun ömür sürənlər, Qoy hikmət öyrətsin çox illərin şahidləri”.
Job Northern 32:8  Həqiqətən, insanda olan ruh, Külli-İxtiyarın nəfəsi insana ağıl verir.
Job Northern 32:9  Hikmət yaşda olmaz, Ədaləti dərk etmək yaşa baxmaz.
Job Northern 32:10  Ona görə deyirəm ki, məni dinləyin, Qoy mən də bildiyimi söyləyim.
Job Northern 32:11  Siz danışarkən mən gözlədim, Siz sözləri araşdırarkən fikirlərinizi dinlədim.
Job Northern 32:12  Bütün diqqətimi sizə tərəf çevirdim, Amma heç biriniz Əyyuba haqsızlığını sübut etmədiniz, Onun dediklərinə cavab vermədiniz.
Job Northern 32:13  Əsla deməyin ki, hikmət tapmışıq, Haqsızlığını insan yox, Allah ona sübut etsin.
Job Northern 32:14  Amma Əyyubun sözlərinin hədəfi mən deyiləm, Sizin sözlərinizlə ona cavab verməyəcəyəm.
Job Northern 32:15  Onlar məəttəl qaldılar. Artıq cavab tapmadılar. Deməyə sözləri qalmadı.
Job Northern 32:16  Onlar danışmırlar, dayanıblar, Cavab vermirlər deyə Mən gözləməliyəmmi?
Job Northern 32:17  Amma deməyə sözüm var, Mən də bildiyimi söyləyim.
Job Northern 32:18  Çünki sinəm sözlə doludur, Köksümdəki ruh məni sıxır,
Job Northern 32:19  Az qalır açılmamış şərab kimi, Təzə tuluqlar kimi bağrım çatlasın.
Job Northern 32:20  Qoy danışım, rahatca nəfəs alaram, Dil açıb cavab verim.
Job Northern 32:21  Heç kimin tərəfini saxlamayacağam, Heç kimə yaltaqlıq etməyəcəyəm.
Job Northern 32:22  Çünki yaltaqlıq nədir bilmərəm, Yoxsa Yaradanım məni yox edər.