Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next
Chapter 6
Job Northern 6:2  «Kaş bu dərdim çəkiləydi, Bütün ağrılarım tərəziyə qoyulaydı.
Job Northern 6:3  Onda dənizlərin qumundan ağır gələrdi, Ona görə tez bu sözləri dedim.
Job Northern 6:4  Həqiqətən, Külli-İxtiyarın oxları köksümdədir, Ruhum onların zəhərlərini içir. Allahın dəhşətləri mənə hücum çəkir.
Job Northern 6:5  Ot olanda vəhşi eşşək anqırarmı? Yem tapanda öküz heç böyürərmi?
Job Northern 6:6  Duzsuz, şit yeməyi yemək olarmı? Yumurta ağının dadı varmı?
Job Northern 6:7  Belə yeməklərə əl vurmaq istəmirəm, Onlardan iyrənirəm.
Job Northern 6:8  Kaş arzuma çataydım, Allah mənə həsrətində olduğumu verəydi,
Job Northern 6:9  Lütf edib məni əzsə belə, Əldən cəld olub həyatımın bağını kəssə belə,
Job Northern 6:10  Mən yenə ovunardım, Bu amansız dərdimə baxmayaraq Müqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim.
Job Northern 6:11  Nə gücüm var ki, gözləyim? Sonum nə qədərdir ki, səbir edim?
Job Northern 6:12  Daş qədər güclüyəmmi? Ətim tuncdandırmı?
Job Northern 6:13  Əlacsız qalanda Özümə kömək etməyə gücüm çatarmı?
Job Northern 6:14  İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə, Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir.
Job Northern 6:15  Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi, Çaylar kimi axıb getdi.
Job Northern 6:16  Bu vadilər buzlar əriyəndə daşar, Qar suları ilə dolar.
Job Northern 6:17  Bu vadilər quraq vaxtı quruyar, İstidə yataqlarından yox olar.
Job Northern 6:18  Bu vadilərə görə karvanlar yolunu azar, Səhraya çıxanda həlak olar.
Job Northern 6:19  Temanın karvanları su axtarar, Səbadan gələn səyyahlar ora ümid bağlar.
Job Northern 6:20  Amma ora çatanda ümid bağladıqlarına peşman olar, Mat-məəttəl qalar.
Job Northern 6:21  İndi siz də mənim üçün bir heç olmusunuz, Bu dəhşətə baxıb qorxursunuz.
Job Northern 6:22  Mən demişəmmi “Mənə nəyisə verin, Var-dövlətinizdən mənə rüşvət göndərin?
Job Northern 6:23  Yaxud da məni düşmən əlindən qurtarın, Zalımların əlindən azad edin?”
Job Northern 6:24  Mən susum, siz mənə öyrədin, Nə səhv etmişəmsə, mənə göstərin.
Job Northern 6:25  Doğru söz kəsərli olar, Sizin bu iradınız bəs nəyi sübut edir?
Job Northern 6:26  Niyə sözlərimi qınamaq istəyirsiniz? Niyə mən biçarənin dediyini boşboğazlıq sanırsınız?
Job Northern 6:27  Yetim üçün belə, püşk atırsınız, Dostunuzu satırsınız.
Job Northern 6:28  İndi lütf edib mənə baxın, Bax mən üzünüzə ağ yalan demərəm.
Job Northern 6:29  Atın haqsızlığı, haqsızlıq etməyin, Düşünün ki, bu davada mən haqlıyam.
Job Northern 6:30  Dilimdən haqsız söz çıxırmı? Pis şeyləri ağzıma alırammı?