Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 13
Job Northern 13:1  Bax gözlərim hər şeyi gördü, Qulaqlarım bunu eşidib dərk etdi.
Job Northern 13:2  Sizin bildiyinizi mən də anlayıram, Sizdən geri qalmıram.
Job Northern 13:3  Amma istəyirəm Külli-İxtiyarla danışım, Allahla mübarizə aparım.
Job Northern 13:4  Sizlərsə yalandan mala çəkirsiniz, Hamınız dəyərsiz həkimlərsiniz.
Job Northern 13:5  Kaş hamınız səsinizi kəsəydiniz, Onda hikmətli görünərdiniz.
Job Northern 13:6  İndi necə bəhsə girdiyimi eşidin, Dilimin iddiasını yaxşı dinləyin.
Job Northern 13:7  Məgər Allah üçün haqsız sözlər söyləyəcəksiniz? Onun adına yalanmı söyləyəcəksiniz?
Job Northern 13:8  Sizmi Onun tərəfini tutacaqsınız? Sizmi Onun müdafiəsinə qalxacaqsınız?
Job Northern 13:9  O sizi istintaq edərsə, yaxşı olarmı? İnsanları aldatdığınız kimi Onu da aldadacaqsınızmı?
Job Northern 13:10  Əgər Onun tərəfini gizli tutsanız, Şübhəsiz ki, sizi də məzəmmət edər.
Job Northern 13:11  Onun əzəməti sizi vahimələndirməzmi? Xofu üstünüzə düşməzmi?
Job Northern 13:12  Fikrinizdəki sözlər, məsəllər külə dəyməz, Müdafiəniz lilə dəyməz.
Job Northern 13:13  Susun, qoyun danışım, Qoy başıma gələn gəlsin.
Job Northern 13:14  Həyatım təhlükəyə düşürsə-düşsün. Canım bəlaya düşürsə-düşsün.
Job Northern 13:15  Məni öldürsə də, Ona etibar edəcəyəm, Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam.
Job Northern 13:16  Əslində bu məni qurtaracaq, Çünki Allaha inanmayan Onun hüzuruna gələ bilməz.
Job Northern 13:17  Diqqətlə sözlərimə qulaq asın, Qoy elan etdiklərim qulaqlarınızda qalsın.
Job Northern 13:18  Baxın mühakiməyə hazırlaşmışam, Haqlı çıxacağımı bilirəm.
Job Northern 13:19  Kim məni ittiham edəcək? Eləsi varsa, son nəfəsimi verib susaram.
Job Northern 13:20  Ey Allah, mənim üçün bu iki şeyi et ki, Səndən gizlənməyim:
Job Northern 13:21  Əlini üzərimdən götür, Məni dəhşətinlə qorxutma.
Job Northern 13:22  Sonra da məni səslə, qoy Sənə cavab verim, Yaxud da qoy mən danışım, Sən cavab söylə.
Job Northern 13:23  Təqsirlərim, günahlarım nə qədərdir? Mənə üsyankarlığımı və günahlarımı bildir.
Job Northern 13:24  Niyə üzünü gizlədirsən, Məni düşmən hesab edirsən?
Job Northern 13:25  Məgər yelin qopardığı yarpağı qorxudacaqsan? Məgər quru saman çöpünü qovacaqsan?
Job Northern 13:26  Çünki əleyhimə acı şeylər yazırsan, Gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən.
Job Northern 13:27  Ayaqlarımı buxovlayırsan, Bütün yollarıma göz qoyursan, Hər addımımı yoxlayırsan.
Job Northern 13:28  Ona görə çürük şey tək məhv oluram. Güvə yemiş paltar kimiyəm.