Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 33
Job Northern 33:1  Əyyub, indisə mənim sözümü dinlə, Hər kəlməmə qulaq as.
Job Northern 33:2  Bax ağzımı açıram, Dilim bu sözləri deyir.
Job Northern 33:3  Sözlərim səmimi ürəkdən gəlir, Dodaqlarım biliyi doğru söyləyir.
Job Northern 33:4  Məni Allahın Ruhu yaratdı, Külli-İxtiyarın nəfəsi mənə həyat verdi.
Job Northern 33:5  Əgər əlindən gəlirsə, mənə cavab ver, Sıraya düz sözlərini, qarşımda dayan.
Job Northern 33:6  Mən də Allahın nəzərində sənin kimiyəm, Mən də palçıqdan düzəldilmişəm.
Job Northern 33:7  Dəhşətimdən vahiməyə düşmə, Bu hücumum sənə ağır gəlməsin.
Job Northern 33:8  Həqiqətən, səsin hələ qulaqlarımdadır, Belə demişdin:
Job Northern 33:9  “Pakam, günahsızam, Təmizəm, təqsirsizəm.
Job Northern 33:10  Yenə də Allah mənə qarşı bəhanə axtarır, Məni Özünə düşmən sayır.
Job Northern 33:11  Ayaqlarımı buxovlayır, Bütün yollarıma göz qoyur”.
Job Northern 33:12  Amma qoy bunu sənə söyləyim ki, Sən bu barədə haqsızsan, Çünki Allah insandan böyükdür.
Job Northern 33:13  İnsanın heç bir sözünə cavab vermir deyə Niyə Onunla çəkişirsən?
Job Northern 33:14  Çünki insan anlamasa da, Allah bu və ya digər yolla danışır.
Job Northern 33:15  Yuxuda, gecə röyalarında, İnsanlar dərin yuxuya qərq olanda, Yataqda yatanda
Job Northern 33:16  İnsanın qulağını açır, Xəbərdarlıq edərək onu qorxudur ki,
Job Northern 33:17  İnsan şər iş görməkdən dönsün, Təkəbbürdən uzaq olsun.
Job Northern 33:18  İnsanın canını quyudan, Həyatını qılıncla həlak olmaqdan qurtarır,
Job Northern 33:19  İnsanı yatağında ağrılarla, Sümüklərini kəsilməyən sızıltılarla yola gətirir.
Job Northern 33:20  Belə ki könlündən yemək keçmir, Ən ləziz yeməkdən iyrənir.
Job Northern 33:21  Əti tökülür, görünməz hala düşür. Görünməyən sümükləri üzə çıxır.
Job Northern 33:22  Canı quyuya, Həyatı ölüm mələklərinə yaxınlaşır.
Job Northern 33:23  İnsana əməlisalehliyini bəyan etmək üçün Min mələyin içindən bir mələk, bir vasitəçi olsa,
Job Northern 33:24  O zaman Allah ona rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, Onun üçün kəffarə tapmışam”.
Job Northern 33:25  Onda bədəni uşaq bədəni kimi təzə olar, Yeniyetməlik dövrünə qayıdar.
Job Northern 33:26  Dua edəndə Allah ondan razı qalar, Sevinərək Allahın üzünü görər, Allah onun vəziyyətini düzəldər.
Job Northern 33:27  Sonra insanların önündə nəğmə söyləyər: “Günah işlədib doğru yoldan azmışdım, Allah mənə layiq olduğum cəzanı vermədi.
Job Northern 33:28  Canımı quyuya düşməkdən qurtardı, Həyatım nur görəcək”.
Job Northern 33:29  Bax Allah bütün bunları insanlara Ya iki dəfə ya da üç dəfə edər ki,
Job Northern 33:30  Onların canını quyudan xilas etsin, Onlar həyatın nurunu görsün.
Job Northern 33:31  Yaxşı dinlə, Əyyub, bir qulaq as, Sakit ol, qoy danışım.
Job Northern 33:32  Əgər deməyə sözün varsa, mənə cavab ver, Danış, çünki səni haqlı çıxarmaq istəyirəm.
Job Northern 33:33  Sözün yoxsa, mənə qulaq as, Sakit ol, qoy sənə hikmət öyrədim».