Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 22
Job Northern 22:2  «İnsan Allaha fayda verə bilərmi? Müdrik adam Ona fayda verərmi?
Job Northern 22:3  Sənin salehliyindən Külli-İxtiyar nə ləzzət alır? Sənin düz həyat tərzinin Ona nə faydası var?
Job Northern 22:4  Səni tənbeh etməsi, mübarizə aparması Ondan qorxduğun üçündürmü?
Job Northern 22:5  Pisliyin böyük deyilmi, Təqsirin hədsiz deyilmi?
Job Northern 22:6  Çünki qardaşlarından səbəbsiz girov aldın, Onları lüt qoydun.
Job Northern 22:7  Yorğuna bir içim su vermədin, Ac olandan çörəyini əsirgədin.
Job Northern 22:8  Qol gücünlə ölkəyə sahib oldun, Hörmətli insan kimi orada yaşadın.
Job Northern 22:9  Dul qadınları əliboş qaytardın, Yetimlərin qol-qanadını qırdın.
Job Northern 22:10  Ona görə hər yanını tələlər bürüyüb, Qəfil qorxu səni dəhşətləndirib.
Job Northern 22:11  Hər şeyə qara vurub görmürsən, Sellərdə boğulursan.
Job Northern 22:12  Allah göylərdə – ucalarda deyilmi? Ən uzaq ulduzlara bir nəzər sal, Gör nə qədər ucalarda yerləşib!
Job Northern 22:13  Amma deyirsən “Allah nə bilir? Qatı qaranlıq içindən hökm verə bilərmi?
Job Northern 22:14  Görə bilmir, qara buludlar Ona mane olur, Göy qübbəsinin üzərində dolaşır”.
Job Northern 22:15  Pis adamların gəzdiyi Köhnə yolumu tutacaqsan?
Job Northern 22:16  Onlar vaxtı çatmamış çəkilib getdilər, Təməllərini sellər basdı.
Job Northern 22:17  Allaha dedilər: “Bizdən uzaq ol! Bizə Külli-İxtiyar nə edə bilər?”
Job Northern 22:18  Amma evlərini bərəkətlə dolduran Allah idi, Ona görə pislərin nəsihəti qoy məndən uzaq olsun.
Job Northern 22:19  Salehlər pislərin həlak olduğunu görüb sevinir, Günahsızlar onlara belə istehza edir:
Job Northern 22:20  “Düşmənlərimiz yox oldu, Onlardan nə qaldısa, yanıb kül oldu”.
Job Northern 22:22  Onun ağzından çıxan təlimi qəbul et, Onun sözlərini qəlbində saxla.
Job Northern 22:23  Külli-İxtiyara tərəf dönsən, Əvvəlki halına düşərsən. Çadırın şərdən uzaq olsa,
Job Northern 22:24  Qızılını torpağa, Ofir qızılını dərədəki çınqıllığa atsan,
Job Northern 22:25  Külli-İxtiyar sənin qızılın olar, Qiymətli gümüşün olar.
Job Northern 22:26  Onda Külli-İxtiyardan zövq alarsan, Allaha üz tutarsan.
Job Northern 22:27  Ona yalvarsan, səni eşidər, Etdiyin nəzirləri yerinə yetirərsən.
Job Northern 22:28  O da dediyin sözü yerinə yetirər, Yollarına nur səpilər.
Job Northern 22:29  İnsanlar səni alçaldanda “Baş ucalığına görədir” deyərsən, Çünki Allah itaətkarları xilas edər.
Job Northern 22:30  O, günahsız olmayanı belə qurtarar, Sənin əllərinin təmizliyinə görə günahkar xilas olar».