Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 35
Job Northern 35:2  «Allah önündə haqlı olduğunu deyirsən. Bunun doğru olduğunumu düşünürsən?
Job Northern 35:3  Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm, Bundan xeyrim, qazancım nə ola bilər?”
Job Northern 35:4  Həm sənə, həm də dostlarına Belə cavab verəcəyəm.
Job Northern 35:5  Bir bax səmaya, Nəzər sal başının üstündəki buludlara.
Job Northern 35:6  Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər? Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı?
Job Northern 35:7  Sənin salehliyin Ona nə verir? Yaxud da O, əlindən nəyi alıb götürür?
Job Northern 35:8  Pisliyin özün kimisinə ziyan vurur, Salehliyin isə bəşər oğlu üçündür.
Job Northern 35:9  İnsanlar ağır təzyiq altında fəryad edir, Güclülərə qarşı yardım istəyir.
Job Northern 35:10  Amma deyən yoxdur: “Hanı məni yaradan Allah? Hanı bizə gecələr ilahilər oxutduran Allah?
Job Northern 35:11  O bizi yer üzünün heyvanlarından çox öyrədib, Bizə göydəki quşlardan daha çox hikmət verib”.
Job Northern 35:12  Orada pislərin qüruru üzündən İnsanlar fəryad edir, Amma Allah cavab vermir.
Job Northern 35:13  Əslində Allah boş fəryadı dinləmir, Külli-İxtiyar buna əhəmiyyət vermir.
Job Northern 35:14  Sən onu görmədiyini söylədiyin anda belə, Mübahisən önündədir, Onu gözlə.
Job Northern 35:15  İndi qəzəblənib cəzalandırmırsa, Təqsirin çoxluğuna baxmır.
Job Northern 35:16  Ona görə Əyyub boş yerə ağzını yorur, Avam-avam danışdıqca danışır».