Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next
Chapter 29
Job Northern 29:2  «Kaş ki ötən aylar geri dönəydi – Allahın məni qoruduğu,
Job Northern 29:3  Çırağının başım üstə işıq saçdığı, Nuru ilə qaranlıqda gəzdiyim günlər.
Job Northern 29:4  Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi – Mənə yar olan Allahın çadırımı qoruduğu,
Job Northern 29:5  Külli-İxtiyarın hər vaxt mənimlə olduğu, Övladlarımın ətrafımda dolandığı,
Job Northern 29:6  Yollarımın südlə yuyulduğu, Yanımdakı qayadan zeytun yağı axdığı günlər.
Job Northern 29:7  Şəhər darvazasına gedərkən, Kürsümü meydanın başına qoyarkən
Job Northern 29:8  Gənclər məni görüb gizlənərdi, Yaşlılar ayağa qalxıb hörmət göstərərdi.
Job Northern 29:9  Başçılar söhbətini dayandırardı, Əlləri ilə ağızlarını tutardı.
Job Northern 29:10  Əsilzadələrin səsi çıxmazdı, Dilləri damaqlarına yapışardı.
Job Northern 29:11  Qulaq məni eşidəndə alqışlayardı, Göz məni görəndə tərifləyərdi.
Job Northern 29:12  Çünki imdad diləyən fəqiri, Köməksiz yetimi qurtarardım.
Job Northern 29:13  Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi, Dul qadının qəlbinə şən nəğmələr verərdim.
Job Northern 29:14  Libas kimi salehliyi geyinmişdim, Sanki ədalətim mənə cübbə və tac idi.
Job Northern 29:16  Yoxsulların atası idim, Qəriblərin müşküllərinin qayğısına qalırdım,
Job Northern 29:17  Haqsızın çənəsini qırırdım, Ovunu dişlərindən qoparırdım.
Job Northern 29:18  Düşünürdüm: “Son nəfəsimi yuvamdaca verəcəyəm, Ömrümün günlərini qum qədər çoxaldacağam.
Job Northern 29:19  Köküm sulara tərəf rişələnəcək, Budaqlarıma şeh düşəcək.
Job Northern 29:20  Qazandığım şərəf təzələnəcək, Əlimə yeni ox-kaman gələcək”.
Job Northern 29:21  İnsanlar ehtiramla məni dinlərdi, Səssizcə məsləhətimi gözlərdi.
Job Northern 29:22  Heç kim sözümün üstündən söz deməzdi, Sözlərim üzərlərinə tökülərdi.
Job Northern 29:23  Məni yağış kimi gözləyirdilər, Yaz yağışı tək sözlərimi içirdilər,
Job Northern 29:24  Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar, Gülər üzümdən ruhlanardılar.
Job Northern 29:25  Onlara yol göstərərdim, başçı kimi əyləşərdim, Əsgərlərin arasında padşah kimi ömür sürərdim, Yaslılara təsəlli verənə bənzəyərdim.