Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 21
Job Northern 21:2  «Sözlərimi diqqətlə dinləyin, Siz bununla mənə təsəlli verin.
Job Northern 21:3  Qoyun mən də bir şey deyim, Mən danışandan sonra lağ edin.
Job Northern 21:4  Şikayətim insana qarşıdırmı? Mən necə səbir edim?
Job Northern 21:5  Mənə baxıb mat qalın, Əlinizi ağzınızın üstünə qoyun.
Job Northern 21:6  Bunu düşünəndə köksümü dəhşət bürüyür, Bədənimə titrətmə düşür.
Job Northern 21:7  Pislər nə üçün yaşayır? Yaşlandıqca niyə gücləri artır?
Job Northern 21:8  Övladları ətrafında, Nəsilləri gözlərinin qarşısında sapsağlamdır.
Job Northern 21:9  Evlərində əmin-amanlıqdır, qorxudan uzaqdır, Allahın dəyənəyi onlara dəymir.
Job Northern 21:10  Öküzləri cütləşir, qarınları boş qalmır, Doğar inəkləri var, bala salmaz.
Job Northern 21:11  Övladlarını sürü tək yola salır, Uşaqları oynaşır.
Job Northern 21:12  Dəf və lira çalaraq nəğmə deyirlər, Tütək səsi ilə şənlənirlər.
Job Northern 21:13  Ömürlərini firavan keçirirlər, Ölülər diyarına rahat gedirlər.
Job Northern 21:14  Allaha belə deyirlər: “Bizdən uzaq ol, Yolunu tanımaq istəmirik.
Job Northern 21:15  Kimdir Külli-İxtiyar, biz Ona qulluq edək? Əgər Ona dua etsək, bizə nə fayda verər?”
Job Northern 21:16  Görürsən ki, xoşbəxtlikləri öz əllərində deyil, Pislərin nəsihəti qoy məndən uzaq olsun!
Job Northern 21:17  Neçə dəfə pislərin çırağı söndü, Başlarına bəla gəldi. Allah qəzəblənəndə onlara kədəri pay verdimi?
Job Northern 21:18  Neçə dəfə yel sovuran saman kimi, Tufanın uçurduğu saman çöpü kimi oldular?
Job Northern 21:19  Deyirsiniz ki, Allah Atanın cəzasını övladına çəkdirir. Bunun nə olduğunu bilsin deyə özünə çəkdirsin.
Job Northern 21:20  Qoy öz həlakını gözləri görsün, Külli-İxtiyarın qəzəbini su kimi içsin.
Job Northern 21:21  Çünki ili, ayı qurtaranda, Arxada qalan külfətindən nə zövq ala bilər?
Job Northern 21:22  Yüksək mənsəb sahiblərinə hökm edən Allaha Kim bilik verə bilər?
Job Northern 21:24  Bədəni ətli-canlı, Sümükləri ilikli ölür.
Job Northern 21:25  O biri isə dərd içində, Həyatdan kam almamış ölür.
Job Northern 21:26  İkisi də torpaqda yatır, İkisinin də bədənini qurd basır.
Job Northern 21:27  Bilirəm nə fikirdəsiniz, Qəsdiniz mənə qarşı olmaqdır.
Job Northern 21:28  Deyirsiniz: “Əsilzadələrin evi haradadır? Pislərin yaşadığı çadır haradadır?”
Job Northern 21:29  Yoldan keçənlərdən soruşmadınızmı? Söhbətlərinə qulaq asmadınızmı?
Job Northern 21:30  Pis insan fəlakət günündə sağ qalır, Qəzəb günü yol göstərilərək qurtulur.
Job Northern 21:31  Kim davranışını onun üzünə vurur? Kim etdiklərinə görə onu cəzalandırır?
Job Northern 21:32  Qəbiristana aparılarkən Məzarı üstə qarovul çəkilir.
Job Northern 21:33  Vadinin torpağı ona şirin gəlir, Hamı onun ardınca düşür. Qarşısında gedənlərsə saysızdır.
Job Northern 21:34  Məni necə boş sözlərlə ovuda bilərsiniz? Cavablarınız axıradək yalandır».