Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next
Chapter 17
Job Northern 17:1  Taqətim kəsilir, günlərim batır, Məni məzar gözləyir.
Job Northern 17:2  Həqiqətən, ətrafıma rişxəndçilər yığılır, Gözüm onların düşmənçiliyini görür.
Job Northern 17:3  Ey Allah, Öz hüzurunda mənə zəmanət ver. Başqa kim var ki, mənə zamin dursun?
Job Northern 17:4  Çünki onların qəlbini anlayış üçün bağladın, Ona görə onlara zəfər qazandırmayacaqsan.
Job Northern 17:5  Pul üçün dostlarını satanın Övladlarının işığı sönəcək.
Job Northern 17:6  Allah məni insanların dilinə saldı, Üzümə tüpürdülər.
Job Northern 17:7  Gözümün nuru kədərdən qaraldı, Bütün əzalarım kölgə kimi qaldı.
Job Northern 17:8  Buna əməlisaleh insanlar mat qalıb, Günahsızlar allahsızlara qarşı çıxır.
Job Northern 17:9  Saleh insanlar öz yolunu tutur, Əlitəmiz olanlar getdikcə güclənir.
Job Northern 17:10  Amma hamınız qayıdıb gəlsəniz, Aranızdan bir hikmətli insan tapmaram.
Job Northern 17:11  Günlərim ötüşdü, Fikirlərim, arzularım pərən-pərən düşdü.
Job Northern 17:12  Onlar gecəni gündüzə çevirir, “Zülmətə işıq yaxındır” deyir.
Job Northern 17:13  Əgər ölülər diyarını evimdir deyə gözləsəm, Yatağımı qaranlıqda sərsəm,
Job Northern 17:14  Qəbirə “atam sənsən”, Qurda “anam-bacım sənsən” desəm,
Job Northern 17:15  Ümidim hara gedər? Mənim ümidimi kim görər?
Job Northern 17:16  Ümid mənimlə ölülər diyarınamı düşər? Mənimlə birgə torpaq altınamı girər?»