Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 4
Job Northern 4:2  «Kimsə sənə bir söz desə, inciyərsənmi? Danışmasın deyə kim özünü saxlaya bilər?
Job Northern 4:3  Bəli, çoxlarına dərs verdin, Onları əlləri taqətdən düşərkən gücləndirdin.
Job Northern 4:4  Yıxılanları sözlərinlə qaldırdın, Dizləri əsənlərə güc verdin.
Job Northern 4:5  İndi bu iş başına gələrkən Özün taqətdən düşdün, Bəla sənə dəyəndə özünü itirdin.
Job Northern 4:6  Sən Allah xofuna etibar etmirdinmi? Kamil həyatına ümid edən sən deyildinmi?
Job Northern 4:7  Kimdir günahsız məhv olan? İndi yada sal. Əməlisalehlərin həlak olduğunu harada görmüsən?
Job Northern 4:8  Mənim gördüyümə görə şər sahəsini belləyən, Əzab toxumu səpən insanlar əkdiyini biçər.
Job Northern 4:9  Onlar Allahın nəfəsi ilə yox olar, Qəzəbinin küləyi onları udar.
Job Northern 4:10  Aslanların nəfəsi, qızmış şirlərin səsi kəsildi, Gənc aslanların dişləri qırıldı.
Job Northern 4:11  Şikarı olmadığı üçün güclü aslan həlak olar, Dişi aslanların balaları pərən-pərən qalar.
Job Northern 4:12  Mənə gizli bir söz çatdı, Qulağım bir pıçıltı eşitdi,
Job Northern 4:13  Gecə röyalardan doğan düşüncələr içində olanda, İnsanların dərin yuxuya getdiyi zamanda
Job Northern 4:14  Üstümə bir qorxu, bir titrətmə gəldi, Bütün sümüklərimi lərzəyə saldı.
Job Northern 4:15  Qarşımdan bir ruh keçdi, Bütün tüklərimi ürpətdi.
Job Northern 4:16  Ruh dayandı, bunun nə olduğunu bilmədim. Gözlərimin önündə bir surət dururdu, Sükunətin içindən bir səs eşitdim:
Job Northern 4:17  “İnsan Allah qarşısında saleh olarmı? Yaradanın qarşısında təmiz adam varmı?
Job Northern 4:18  Allah bəndələrinə güvənmir, Mələklərində belə, səhv görür.
Job Northern 4:19  Palçıq evlərdə yaşayanlara, Mayası torpaqdan olanlara, Güvədən də tez əzilənlərə O güvənərmi?
Job Northern 4:20  Ömürləri səhərdən axşama çatmır, Fərqi yoxdur, hamı əbədi yox olur.
Job Northern 4:21  Yaşadıqları çadırın ipləri çəkiləndə Heç nə anlamazlar, ölüb gedərlər”.