Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 34
Job Northern 34:2  «Ey hikmətlilər, sözlərimi dinləyin, Ey çoxbilənlər, məni eşidin.
Job Northern 34:3  Çünki damaq yeməyin dadını bildiyi kimi Qulaq da sözləri müəyyən edir.
Job Northern 34:4  Gəlin doğrunu seçək, Birlikdə yaxşını öyrənək.
Job Northern 34:5  Çünki Əyyub deyir: “Mən günahsızam, Allah isə əlimdən haqqımı aldı.
Job Northern 34:6  Haqlı olduğum halda yalançı sayılıram, Bir təqsirim yox ikən oxundan sağalmaz yara aldım”.
Job Northern 34:7  Əyyub kimi şəxsiyyət varmı? O, kinayəni su kimi içir.
Job Northern 34:8  Pislik edənlərlə yoldaşlıq edib gəzir, Pis adamlarla yol gedir.
Job Northern 34:9  Çünki “çalışıb Allahı razı salmaq İnsana xeyir gətirməz” deyir.
Job Northern 34:10  Buna görə, ey dərrakəli insanlar, məni dinləyin! Məgər Allah pislik edərmi? Məgər Külli-İxtiyar haqsızlıq edərmi?
Job Northern 34:11  Çünki O hər kəsə əməlinin əvəzini verir, Qazandığını başına gətirir.
Job Northern 34:12  Məgər Allah pislik edir? Məgər Külli-İxtiyar haqsızlıq edir?
Job Northern 34:13  Ona bütün dünyanı kim təslim etdi? Kim Onu yer üzərində təyin etdi?
Job Northern 34:14  Əgər qəsdinə durub Ruhunu, nəfəsini geri çəkərsə,
Job Northern 34:15  Bir anda bütün bəşər yox olar, İnsan torpağa qayıdar.
Job Northern 34:16  Əgər düşüncən varsa, bunları dinlə, Sözlərimi eşit.
Job Northern 34:17  Ədalətə nifrət edən səltənət sürə bilərmi? Adil və qüdrəti Olanımı məhkum edəcəksən?
Job Northern 34:18  Padşahlara “yaramazsınız”, Əsilzadələrə “şərsiniz” deyən,
Job Northern 34:19  Başçılar arasında tərəfkeşlik etməyən, Varlını yoxsuldan üstün saymayan O deyilmi? Çünki hamını Onun əlləri yaratdı,
Job Northern 34:20  Hamı bir an içində, bir gecə yarısı ölüb gedir, Xalq lərzəyə gəlib ölür. Güclülər belə, əl dəyməmiş aradan götürülür.
Job Northern 34:21  Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür.
Job Northern 34:22  Şər iş görənlərin gizlənəcəyi Nə qaranlıq, nə də zülmət yeri var.
Job Northern 34:23  Hökm üçün hüzuruna gəlsinlər deyə Allah insana nəzarət etmək üçün ehtiyac duymur.
Job Northern 34:24  İstintaq etmədən güclü insanları qırır, Onların yerinə başqalarını qoyur.
Job Northern 34:25  Çünki onların işlərini bilir, Bir gecə onları alt-üst edir, onlar əzilir.
Job Northern 34:26  Hamının gözü önündə Pislikləri üzündən onlara cəza verir.
Job Northern 34:27  Çünki Onun ardınca getmədilər, Yollarının heç birinə fikir vermədilər.
Job Northern 34:28  Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi, O, fəqirlərin fəryadını eşitdi.
Job Northern 34:29  Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər? Üzünü gizlədərsə, kim Onu görə bilər? Hər millət, hər insan üçün O eynidir ki,
Job Northern 34:30  Allahsız insan hökmranlıq etməsin, Xalqa tələ qurmasın.
Job Northern 34:31  Allaha deyən olubmu: “Günahkaram, bir də pis iş görməyəcəyəm?
Job Northern 34:32  Görmədiyimi mənə göstər, Haqsızlıq etmişəmsə, bir də etmərəm”.
Job Northern 34:33  Onu atdığın halda sənə Kefin istəyən əvəz verməlidirmi? Qərar verən sənsən, mən deyiləm, İndi bildiyini mənə söylə.
Job Northern 34:34  Dərrakəli insanlar, Məni dinləyən müdrik adamlar deyəcək:
Job Northern 34:35  “Əyyub avam-avam danışır, Sözlərinin mənası yoxdur”.
Job Northern 34:36  Bir şər adam kimi cavab verdiyi üçün Qoy Əyyub axıradək sınaqda olsun!
Job Northern 34:37  Çünki günahına üsyankarlıq da artırır, Qarşımızda elə bil rişxənd edərək əl çalır, Allaha qarşı danışdıqca danışır».