Site uses cookies to provide basic functionality.

OK
JOB
Prev Up Next Toggle notes
Chapter 40
Job Northern 40:2  «Kim ki tənbehə layiq görülür, O, Külli-İxtiyarla mübahisə edə bilərmi? Qoy buna Allahı ittiham edən cavab versin».
Job Northern 40:4  «Mənim gərəksizliyimə bax, Sənə necə cavab verim, Ağzımı əlimlə tutmuşam.
Job Northern 40:5  Bir dəfə danışdım, daha cavabım yoxdur, Artıq ikinci dəfə nə danışım».
Job Northern 40:6  Rəbb qasırğanın içindən Əyyuba cavab verdi:
Job Northern 40:7  «İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver.
Job Northern 40:8  Sənmi ədalətimi boşa çıxaracaqsan? Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan?
Job Northern 40:9  Allahın qolu kimi qolun varmı? Səsin Onunku kimi gurlayarmı?
Job Northern 40:10  Əgər belədirsə, şərəfə, şana bürün, Ehtişamı, əzəməti geyin.
Job Northern 40:11  Qoy qəzəbinin alovu saçsın, Hər qürurluya baxıb onları alçalt.
Job Northern 40:12  Qürurluların hamısına baxıb aşağı endir, Pisləri yerindəcə təpiyinin altına sal.
Job Northern 40:13  Hamısını birlikdə torpaq altında basdır, Məzarda üzləri kəfənə bürünsün.
Job Northern 40:14  O zaman Mən də bunu qəbul edərəm, Belə ki sağ qolun səni qurtarır.
Job Northern 40:15  Behemota bax, öküz kimi ot yeyir, Səni yaratdığım kimi onu da Mən yaratmışam,
Job Northern 40:16  Gör belində nə qədər güc var, Qarın əzələləri necə möhkəmdir.
Job Northern 40:17  Sallanan quyruğu sidr ağacına bənzəyir, Budlarındakı vətərlər bir-birinə hörülüb.
Job Northern 40:18  Sümükləri sanki tunc borudur, Qabırğaları elə bil dəmir çubuqdur.
Job Northern 40:19  Allahın işləri arasında şah əsərdir, Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir.
Job Northern 40:20  Təpələr məhsullarını ona verir, Bütün çöl heyvanları yanında oynaşır.
Job Northern 40:21  Nilufərlərin altında, Qamışla örtülü bataqlıqlarda yatır.
Job Northern 40:22  Nilufərlər üstünə kölgə salır, Dərənin söyüdləri onu əhatəyə alır.
Job Northern 40:23  Coşğun çaylardan qorxmur, Sellər boğazına çatsa da, arxayındır.
Job Northern 40:24  Gözləri açıq ikən kim onu tuta bilər? Kim qıra ilə onun burnunu deşər?