Site uses cookies to provide basic functionality.

OK
MARK
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Prev Up Next Toggle notes
Chapter 3
Mark Northern 3:1  İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi.
Mark Northern 3:2  Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox.
Mark Northern 3:3  İsa əli qurumuş adama dedi: «Qabağa çıx!»
Mark Northern 3:4  Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu.
Mark Northern 3:5  İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı.
Mark Northern 3:6  Fariseylər çıxıb İsanı necə məhv etmək barədə dərhal hirodçularla məsləhətləşdilər.
Mark Northern 3:7  İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi.
Mark Northern 3:8  İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi.
Mark Northern 3:9  İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar.
Mark Northern 3:10  Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar.
Mark Northern 3:11  Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!»
Mark Northern 3:12  Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.
Mark Northern 3:13  İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər.
Mark Northern 3:14  İsa on iki nəfəri həvari adlandıraraq təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə göndərsin,
Mark Northern 3:15  həmçinin cinləri qovmaq səlahiyyətinə malik olsunlar.
Mark Northern 3:16  Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon,
Mark Northern 3:17  Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya,
Mark Northern 3:18  Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı Şimon
Mark Northern 3:20  Sonra İsa evə getdi. Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər.
Mark Northern 3:21  İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib.
Mark Northern 3:22  Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdilər: «O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü ilə cinləri qovur».
Mark Northern 3:23  İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: «Şeytan Şeytanı necə qova bilər?
Mark Northern 3:24  Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz.
Mark Northern 3:25  Əgər bir ev öz daxilindən bölünübsə, davam gətirməz.
Mark Northern 3:26  Şeytan da özünə qarşı qalxıb öz-özünə bölünübsə, davam gətirməz, yalnız axırı çatar.
Mark Northern 3:27  Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan malını qarət edə bilməz. Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.
Mark Northern 3:28  Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr söylənərsə, bəşər övladlarına bağışlanacaq.
Mark Northern 3:29  Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı boynunda əbədi qalacaq».
Mark Northern 3:30  İsa bunu «Onda natəmiz ruh var» dediklərinə görə söylədi.
Mark Northern 3:31  İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına xəbər göndərib Onu çağırdılar.
Mark Northern 3:32  Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: «Budur, anan və bacı-qardaşların bayırda dayanıb Səni istəyirlər».
Mark Northern 3:33  İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım kimdir?»
Mark Northern 3:34  Sonra ətrafında oturanlara baxaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır.
Mark Northern 3:35  Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».