NUMBERS
Chapter 29
Numb | Northern | 29:1 | Yeddinci ayda, ayın birində müqəddəs toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin. O gün sizin üçün şeypur çalma günü olacaq. | |
Numb | Northern | 29:2 | Yandırma qurbanını Rəbbin xoşuna gələn ətir kimi qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu olmaqla verin. | |
Numb | Northern | 29:3 | Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa, | |
Numb | Northern | 29:6 | Aylıq və gündəlik yandırma qurbanları ilə lazımi taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Bu, Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir. | |
Numb | Northern | 29:7 | Həmin yeddinci ayın onunda müqəddəs toplantı keçirin; özünüzü hər şeydən məhrum edin və heç bir iş görməyin. | |
Numb | Northern | 29:8 | Rəbbə xoş ətir kimi yandırma qurbanı olaraq bir buğa, bir qoç, birillik yeddi erkək toğlu təqdim edin. Onlar qüsursuz olmalıdır. | |
Numb | Northern | 29:9 | Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa, | |
Numb | Northern | 29:11 | Günah qurbanı olaraq bir təkə də təqdim edin. Kəffarələr üçün günah qurbanına, daimi yandırma qurbanına, onun taxıl təqdiminə və onların içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. | |
Numb | Northern | 29:12 | Yeddinci ayın on beşinci günündə müqəddəs toplantı keçirin; heç bir gündəlik işlərinizi görməyin. Rəbbin şərəfinə yeddi gün bayram keçirin. | |
Numb | Northern | 29:13 | Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz on üç buğa, iki qoç və birillik on dörd erkək toğlu verin. Onlar qüsursuz olmalıdır. | |
Numb | Northern | 29:14 | Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, hər qoç üçün onda iki efa, | |
Numb | Northern | 29:16 | Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. | |
Numb | Northern | 29:17 | İkinci gün qüsursuz on iki buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. | |
Numb | Northern | 29:18 | Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. | |
Numb | Northern | 29:19 | Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. | |
Numb | Northern | 29:20 | Üçüncü gün qüsursuz on bir buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. | |
Numb | Northern | 29:21 | Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. | |
Numb | Northern | 29:22 | Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. | |
Numb | Northern | 29:23 | Dördüncü gün qüsursuz on buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. | |
Numb | Northern | 29:24 | Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. | |
Numb | Northern | 29:25 | Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. | |
Numb | Northern | 29:26 | Beşinci gün qüsursuz doqquz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. | |
Numb | Northern | 29:28 | Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. | |
Numb | Northern | 29:29 | Altıncı gün qüsursuz səkkiz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. | |
Numb | Northern | 29:30 | Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. | |
Numb | Northern | 29:31 | Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. | |
Numb | Northern | 29:32 | Yeddinci gün qüsursuz yeddi buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. | |
Numb | Northern | 29:33 | Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. | |
Numb | Northern | 29:34 | Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. | |
Numb | Northern | 29:35 | Səkkizinci gün özünüz üçün təntənəli toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin. | |
Numb | Northern | 29:36 | Yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin. | |
Numb | Northern | 29:37 | Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. | |
Numb | Northern | 29:38 | Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. | |
Numb | Northern | 29:39 | Əhdə görə və könüllü təqdimlərinizdən əlavə təyin olunan bayramlarınızda Rəbbə bu yandırma qurbanlarınızı, taxıl təqdimlərinizi, içmə təqdimlərinizi və ünsiyyət qurbanlarınızı təqdim edin”». | |