Site uses cookies to provide basic functionality.

OK
ROMANS
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Prev Up Next Toggle notes
Chapter 9
Roma Northern 9:1  Məsihdə həqiqəti söyləyirəm, yalan danışmıram, vicdanım dediklərimi Müqəddəs Ruhda təsdiq edir ki,
Roma Northern 9:2  ürəyimdə böyük bir kədər, daimi bir iztirab var.
Roma Northern 9:3  Çünki qardaşlarımın, yəni cismani soydaşlarımın xatirinə mən özüm Məsihdən uzaqlaşıb lənət qazanmağımı istərdim;
Roma Northern 9:4  bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur.
Roma Northern 9:5  Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin.
Roma Northern 9:6  Lakin bu o demək deyil ki, Allahın kəlamı boşa çıxıb. Çünki İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil.
Roma Northern 9:7  İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil. Amma «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilib.
Roma Northern 9:8  Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır.
Roma Northern 9:9  Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq».
Roma Northern 9:10  Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu.
Roma Northern 9:11  Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun.
Roma Northern 9:12  Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun.
Roma Northern 9:13  Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim».
Roma Northern 9:14  Bəs indi nə deyə bilərik? Məgər Allah ədalətsizlik edir? Əsla!
Roma Northern 9:15  Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm».
Roma Northern 9:16  Beləliklə, seçim insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır.
Roma Northern 9:17  Ona görə də Müqəddəs Yazıda Allah firona deyir: «Səni buna görə ucaltdım ki, Öz gücümü sənin üzərində göstərim və adım bütün dünyaya elan edilsin».
Roma Northern 9:18  Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir.
Roma Northern 9:19  İndi sən mənə deyə bilərsən: «Bəs Allah daha nə üçün bizi təqsirkar çıxarır? Məgər kimsə Onun iradəsinin əleyhinə gedə bilər?»
Roma Northern 9:20  Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər?
Roma Northern 9:21  Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin?
Roma Northern 9:22  Əgər Allah qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək qəzəbinə gəlib məhv olmağa hazırlanmış qablara böyük səbirlə dözdüsə, biz nə deyə bilərik?
Roma Northern 9:23  Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin?
Roma Northern 9:24  O qablar bizik ki, Allah yalnız Yəhudilər arasından deyil, həm də başqa millətlər arasından çağırdı.
Roma Northern 9:25  Necə ki Huşənin kitabında deyilir: «“Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm, “Sevdiyim deyil” dediyimə “Sevdiyimsən” deyəcəyəm».
Roma Northern 9:26  «Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək».
Roma Northern 9:27  Yeşaya da İsrail barədə belə nida edir: «İsrail övladlarının sayı dəniz qumu qədər çox olsa belə, Ancaq sağ qalanları xilas olacaq.
Roma Northern 9:28  Çünki Rəbb yer üzündə hökmünü Tam və tez yerinə yetirəcək».
Roma Northern 9:29  Yeşayanın qabaqcadan söylədiyi kimi: «Əgər Ordular Rəbbi Bizim xalqdan bir neçə Sağ qalan adam qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik».
Roma Northern 9:30  Bəs nə deyə bilərik? Salehliyin ardınca getməyən başqa millətlər salehliyi, yəni imanla gələn salehliyi əldə etdilər.
Roma Northern 9:31  Amma salehlik göstərən Qanunun ardınca gedən İsrail xalqı bu Qanuna çata bilmədi.
Roma Northern 9:32  Nə üçün? Çünki imanla yox, əməllərlə gedirdilər. Beləcə büdrəmə daşına ilişdilər.
Roma Northern 9:33  Necə ki yazılıb: «Budur, Sionda bir büdrəmə daşı və yıxma qayası qoyuram. Ona iman edən kəs utandırılmaz».