Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next
Chapter 21
Gene Northern 21:1  Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi:
Gene Northern 21:2  Sara hamilə oldu və İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu.
Gene Northern 21:3  İbrahim Saradan doğulan oğluna İshaq adını qoydu.
Gene Northern 21:4  Allahın İbrahimə əmr etdiyi kimi o, oğlu İshaqı doğulandan səkkiz gün sonra sünnət etdi.
Gene Northern 21:5  İshaq doğulanda İbrahimin yüz yaşı var idi.
Gene Northern 21:6  Sara dedi: «Allah mənim üzümü güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə güləcək».
Gene Northern 21:7  O yenə dedi: «Kim İbrahimə deyərdi ki, Sara uşaq əmizdirəcək? Amma qocalıq çağında mən ona bir oğul doğmuşam».
Gene Northern 21:8  Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət verdi.
Gene Northern 21:9  Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür.
Gene Northern 21:10  Sara İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq».
Gene Northern 21:11  Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun oğlu idi.
Gene Northern 21:12  Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq.
Gene Northern 21:13  Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir».
Gene Northern 21:14  İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı.
Gene Northern 21:15  Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu.
Gene Northern 21:16  Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı.
Gene Northern 21:17  Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi.
Gene Northern 21:18  Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət törədəcəyəm».
Gene Northern 21:19  Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi.
Gene Northern 21:20  Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və mahir oxatan oldu.
Gene Northern 21:21  O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı.
Gene Northern 21:22  O zaman Avimelek və onun ordu başçısı Pikol İbrahimə dedilər: «Sən nə etsən, Allah səninlədir.
Gene Northern 21:23  İndi burada Allahın haqqına mənə and iç ki, nə mənə, nə oğluma, nə də nəvəmə xəyanət edəcəksən: mən sənə sadiq olduğum kimi sən də mənə və qaldığın torpağın adamlarına sadiq ol».
Gene Northern 21:25  Avimelekin adamlarının qəsb etdiyi su quyusundan ötrü İbrahim Avimeleki məzəmmət etdi.
Gene Northern 21:26  Avimelek dedi: «Bilmirəm, bu işi kim etdi. Sən də mənə bildirmədin, mən ancaq indi eşidirəm».
Gene Northern 21:27  İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd bağladı.
Gene Northern 21:28  İbrahim sürüsündən yeddi dişi quzunu ayırıb qoydu.
Gene Northern 21:29  Avimelek İbrahimə dedi: «Ayırıb qoyduğun bu yeddi dişi quzu nə üçündür?»
Gene Northern 21:30  O dedi: «Bu yeddi dişi quzunu məndən götür ki, bu quyunu qazdığıma şəhadət olsun».
Gene Northern 21:31  Buna görə də o buranı Beer-Şeva adlandırdı, çünki onların ikisi də orada and içdi.
Gene Northern 21:32  Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar.
Gene Northern 21:33  İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbə sitayiş etdi.
Gene Northern 21:34  İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı.