JUDGES
Chapter 11
Judg | Northern | 11:2 | Gileadın arvadı ona oğullar doğdu və bu qadının oğulları böyüyən zaman İftahı qovub belə dedilər: «Atamızın evindən sənə miras düşmür, ona görə ki sən başqa qadının oğlusan». | |
Judg | Northern | 11:3 | İftah qardaşlarının yanından qaçıb Tov diyarında yaşadı. İftahın başına macəraçı adamlar yığıldı və onunla birgə basqınçılıq edirdilər. | |
Judg | Northern | 11:5 | Ammon övladları İsraillilərə qarşı çıxan zaman Gilead ağsaqqalları İftahı Tov diyarından gətirmək üçün onun yanına getdilər. | |
Judg | Northern | 11:6 | Onlar İftaha dedilər: «Gəl bizə sərkərdəlik et və Ammon övladlarına qarşı birgə vuruşaq». | |
Judg | Northern | 11:7 | İftah Gilead ağsaqqallarına dedi: «Mənə nifrət edib atamın evindən məni qovan siz deyildinizmi? Bəs indi niyə çətinliyə düşəndə mənim yanıma gəlmisiniz?» | |
Judg | Northern | 11:8 | Gilead ağsaqqalları İftaha dedilər: «Sənin yanına ona görə gəlmişik ki, indi sən bizimlə gedib Ammon övladlarına qarşı döyüşəsən və bizə – bütün Gilead əhalisinə sərkərdə olasan». | |
Judg | Northern | 11:9 | İftah Gilead ağsaqqallarına dedi: «Yaxşı, Ammon övladlarına qarşı döyüşmək üçün məni geri aparırsınız. Bəs Rəbb qarşımda onları mənə təslim edəndə sizin başçınız mən olacağammı?» | |
Judg | Northern | 11:10 | Gilead ağsaqqalları İftaha dedilər: «Səninlə bizim aramızda qoy Rəbb şahid olsun! Biz mütləq sənin sözünə əməl edəcəyik». | |
Judg | Northern | 11:11 | İftah Gilead ağsaqqalları ilə bərabər getdi və xalq da onu özünə başçı – sərkərdə etdi. İftah Mispada, Rəbbin önündə bütün şərtlərini təkrar etdi. | |
Judg | Northern | 11:12 | Bundan sonra Ammon padşahının yanına qasidlər göndərib dedi: «Bizim aramızda nə olub ki, torpağımda mənimlə vuruşmağa gəlmisiniz?» | |
Judg | Northern | 11:13 | Ammon padşahı İftahın qasidlərinə dedi: «Ona görə ki İsraillilər Misirdən çıxan zaman mənim torpaqlarımı Arnondan Yabboq və İordan çaylarına qədər alıb. Gəlin onları mənə sülh yolu ilə geri qaytarın». | |
Judg | Northern | 11:15 | İftah belə deyir: «İsraillilər Moav torpağını, Ammon övladlarının torpağını almayıb. | |
Judg | Northern | 11:16 | Amma İsraillilər Misirdən çıxanda Qırmızı dənizə qədər səhradan keçərək Qadeşə gəlib və | |
Judg | Northern | 11:17 | Edom padşahının yanına qasidlər göndərib belə demişdilər: “Rica edib torpağından keçmək üçün səndən izin istəyirəm”. Lakin Edom padşahı onlara qulaq asmadı və sonra İsraillilər Moav padşahının yanına adamlar göndərdi, o da razı olmadı. Ona görə də İsraillilər Qadeşdə qalmışdılar. | |
Judg | Northern | 11:18 | İsraillilər səhra ilə gedib Edomla Moav torpaqlarının ətrafından keçərək Moav ölkəsinin şərqinə çatdı və Arnon vadisinin o biri tərəfində düşərgə saldılar. Lakin Moavın sərhədini keçmədilər, ona görə ki Arnon Moavın sərhədi idi. | |
Judg | Northern | 11:19 | İsraillilər Emorluların padşahı – Xeşbon padşahı Sixonun yanına qasidlər göndərib demişdi: “Rica edirik, öz ölkəmizə çatana qədər sənin torpağından keçmək üçün bizə izin verəsən”. | |
Judg | Northern | 11:20 | Amma Sixon öz torpağını yol keçmək üçün İsraillilərə etibar etmədi və bütün xalqını toplayaraq Yahsada ordugah qurub İsraillilərə qarşı döyüşdü. | |
Judg | Northern | 11:21 | İsrailin Allahı Rəbb Sixonu və onun bütün xalqını İsraillilərə təslim edəndə onları məğlub etdilər. Beləliklə, İsraillilər o yerdə yaşayan Emorluların torpağını irs olaraq aldı. | |
Judg | Northern | 11:22 | Arnondan Yabboq çayına qədər, səhradan İordan çayına qədər bütün Emor torpaqlarını İsraillilər irs olaraq aldı. | |
Judg | Northern | 11:23 | İndi İsrailin Allahı Rəbb Öz xalqı İsraillilərin qarşısından Emorluları qovandan sonra sənmi buraya sahib çıxacaqsan? | |
Judg | Northern | 11:24 | Allahın Kemoşun sənə verdiyi torpağı özünə irs etməzsənmi? Biz də Allahımız Rəbbin bizə verdiyi torpağı özümüzə irs edəcəyik. | |
Judg | Northern | 11:25 | İndi sənin Moav padşahı Sippor oğlu Balaqdan nəyin yaxşıdır? Gör o, İsraillə heç çəkişdimi? Yaxud onlara qarşı heç döyüşdümü? | |
Judg | Northern | 11:26 | Üç yüz il İsrail Xeşbon ilə Aroerdə, bunların ətraf qəsəbələrində və Arnon vadisi boyunca yerləşən bütün şəhərlərdə yaşadığı müddətdə niyə bu torpaqları geri almadınız? | |
Judg | Northern | 11:27 | Mən sənə qarşı günah etmədim. Lakin sən mənə qarşı döyüşməklə mənə pislik edirsən. Qoy hakim olan Rəbb bu gün İsrail övladları ilə Ammon övladları arasında hökm etsin». | |
Judg | Northern | 11:29 | İftahın üzərinə Rəbbin ruhu endi. O, Gileaddan və Menaşşedən keçdi, sonra Gileaddakı Mispadan keçib Ammon övladlarının üstünə getdi. | |
Judg | Northern | 11:30 | İftah Rəbbə əhd edib dedi: «Əgər Ammon övladlarını, həqiqətən, mənə təslim etsən, | |
Judg | Northern | 11:31 | o zaman Ammon övladları ilə döyüşdən sağ-salamat qayıdanda mənim evimin darvazasından qarşıma birinci nə çıxarsa, Rəbbin olacaq və onu yandırma qurbanı edəcəyəm». | |
Judg | Northern | 11:32 | İftah Ammon övladları ilə döyüşə çıxdı. Rəbb də Ammon övladlarını İftaha təslim etdi. | |
Judg | Northern | 11:33 | Aroerdən Minnitə çatana qədər iyirmi şəhəri və Avel-Keramimə qədər Ammon övladlarını çox böyük məğlubiyyətə uğratdı. Onlar İsraillilərə tabe oldular. | |
Judg | Northern | 11:34 | İftah Mispaya, öz evinə qayıtdı. Budur, İftahın qızı dəf çalıb oynayaraq onu qarşılamağa çıxdı. Bu onun yeganə övladı idi, ondan başqa nə oğlu, nə də qızı var idi. | |
Judg | Northern | 11:35 | O, qızını görəndə paltarını cırıb dedi: «Vay, qızım! Belimi əydin, qəddimi əyənlərdən biri də sən oldun! Mən Rəbbə əhd etmişəm, artıq sözümdən dönə bilmərəm». | |
Judg | Northern | 11:36 | Qızı ona dedi: «Ata, sən Rəbbə əhd etmisən. Madam ki Rəbb düşmənlərindən, Ammon övladlarından sənin üçün qisas aldı, söz ağzından necə çıxıbsa, mənə eləcə də et». | |
Judg | Northern | 11:37 | Sonra qız atasına dedi: «Ancaq bu arzumu yerinə yetir: mənə iki ay izin ver, qoy rəfiqələrimlə dağları gəzib-dolaşaraq öz nakam qızlığım üçün ağlayım». | |
Judg | Northern | 11:38 | Atası ona «yaxşı, gedə bilərsən» deyərək ona iki ay müddətinə izin verdi. O da rəfiqələri ilə bərabər gedib dağlarda öz nakam qızlığına ağladı. | |
Judg | Northern | 11:39 | İki ay keçəndən sonra atasının yanına qayıtdı və atası onun barəsində etdiyi əhdi yerinə yetirdi. Qız ərə getməmişdi. Bundan sonra İsraildə belə bir adət oldu: | |