Site uses cookies to provide basic functionality.

OK
MATTHEW
Prev Up Next
Chapter 8
Matt Northern 8:1  İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi.
Matt Northern 8:2  Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı.
Matt Northern 8:3  İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu.
Matt Northern 8:4  İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar».
Matt Northern 8:5  İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı:
Matt Northern 8:6  «Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir».
Matt Northern 8:7  İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm».
Matt Northern 8:8  Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq.
Matt Northern 8:9  Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir».
Matt Northern 8:10  Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim.
Matt Northern 8:11  Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq.
Matt Northern 8:12  Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq».
Matt Northern 8:13  Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı.
Matt Northern 8:14  İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü.
Matt Northern 8:15  İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı.
Matt Northern 8:16  Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi.
Matt Northern 8:17  Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü».
Matt Northern 8:18  İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin.
Matt Northern 8:19  Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm».
Matt Northern 8:20  İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».
Matt Northern 8:21  Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim».
Matt Northern 8:22  İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin».
Matt Northern 8:23  İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi.
Matt Northern 8:24  Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı.
Matt Northern 8:25  Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!»
Matt Northern 8:26  İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü.
Matt Northern 8:27  Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»
Matt Northern 8:28  İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi.
Matt Northern 8:29  Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?»
Matt Northern 8:30  Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı.
Matt Northern 8:31  Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər».
Matt Northern 8:32  İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu.
Matt Northern 8:33  Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər.
Matt Northern 8:34  Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın.