ISAIAH
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
Chapter 30
Isai | Northern | 30:1 | Rəbb bəyan edir: «Bu dikbaş övladların vay halına, Mənim niyyətlərimi yox, öz niyyətlərini qururlar, Ruhuma uyğun olmayan razılaşma edirlər, Eləcə günahı günaha qatırlar. | |
Isai | Northern | 30:2 | Məndən məsləhət almadan Misirə gedirlər, Fironun himayəsini axtarırlar, Misirin kölgəsi altında sığınacaq tapırlar. | |
Isai | Northern | 30:3 | Fəqət fironun himayəsi Onlar üçün xəcalətə, Misir kölgəsi altındakı Sığınacaq rüsvayçılığa çevriləcək. | |
Isai | Northern | 30:5 | Özlərinə faydası olmayan xalqa görə hamı utanacaq. O xalqın onlara nə köməyi, nə də faydası olacaq, Ancaq xəcalət və rüsvayçılıq olacaq». | |
Isai | Northern | 30:6 | Negev heyvanları barəsində xəbərdarlıq: Yəhudanın elçiləri erkək və dişi aslanların, Gürzələrin, uçan ilanların yaşadığı Narahat və təhlükəli torpaqdan keçirlər. Mal-dövlətini eşşəklərin belinə, Xəzinələrini dəvələrin hürgücünə yükləyib Onlara kömək edə bilməyən xalq üçün aparırlar. | |
Isai | Northern | 30:7 | Misirin köməyi boş və faydasızdır, Buna görə də Mən Misirə «Tənbəl Rahav» adını qoydum. | |
Isai | Northern | 30:8 | «İndi get, sənə danışdığımı Onların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki, Gələcəkdə, əbədiyyətdə şahid olsun. | |
Isai | Northern | 30:9 | Çünki bu, üsyankar xalq, Yalançılar nəslidir, Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur. | |
Isai | Northern | 30:10 | Onlar baxıcılara “bir daha görüntü görməyin”, Görücülərə “bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin, Bizə xoş sözlər söyləyin, Arzuladığımızı peyğəmbərlik edin. | |
Isai | Northern | 30:11 | Yoldan çəkilin, bizə yol verin, İsrailin Müqəddəsini bizimlə üzləşdirməyin” deyirlər». | |
Isai | Northern | 30:12 | Buna görə də İsrailin Müqəddəsi belə deyir: «Bu sözü rədd etdiyinizə görə, Zorakılığa və yalana güvənib bel bağladığınıza görə | |
Isai | Northern | 30:13 | Bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənzəyir, Qəflətən, bir an içində dağıla bilər. | |
Isai | Northern | 30:14 | Ölkəniz də bir gil qab kimi qırılacaq, Elə xıncım-xıncım olacaq ki, Ocaqdan od götürmək üçün Yaxud hovuzdan su çəkmək üçün bir qırığı da qalmayacaq». | |
Isai | Northern | 30:15 | Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz. | |
Isai | Northern | 30:16 | Siz dediniz: “Xeyr, atlara minib-qaçacağıq”, Buna görə siz qaçmalı olacaqsınız. “Çevik atlara minəcəyik”. Buna görə təqibçiləriniz də çevik olacaq. | |
Isai | Northern | 30:17 | Min nəfər bir nəfərin hədəsinə görə qaçacaq, Beş nəfərin hədəsinə görə hamınız qaçacaqsınız; Sağ qalanlarınız dağın zirvəsindəki bayrağın şüvülü tək, Təpədəki bayraq tək olacaq». | |
Isai | Northern | 30:18 | Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, Yenə də sizə rəhm etməyə hazırdır, Çünki Rəbb adil Allahdır, Onu intizarla gözləyənlər nə bəxtiyardır! | |
Isai | Northern | 30:19 | Ey Yerusəlimdə yaşayanlar, ey Sion xalqı, Siz artıq ağlamayacaqsınız, Fəryad etdikdə Rəbb sizin üçün lütfkar olacaq, Fəryadınızı eşidən kimi cavab verəcək. | |
Isai | Northern | 30:20 | Rəbb çörəyi əzabla, suyu çətinliklə sizə verəcək, Lakin O bir daha Mürəbbinizi sizdən gizlətməyəcək, Onu gözünüzlə görəcəksiniz. | |
Isai | Northern | 30:21 | Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz. | |
Isai | Northern | 30:22 | Onda siz gümüşlə örtülən oyma bütlərinizi, Qızılla örtülmüş tökmə bütlərinizi Murdar hesab edəcəksiniz. Murdar bir şeyi atdığınız kimi onları atıb deyəcəksiniz: «Rədd ol!» | |
Isai | Northern | 30:23 | Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək, Torpağın məhsulu bol və bərəkətli olacaq. O gün mal-qaranız geniş otlaqlarda otlayacaq. | |
Isai | Northern | 30:24 | Torpağı şumlayan öküzlərlə eşşəklər Kürəklə, yaba ilə sovrulmuş duzlu yem yeyəcək. | |
Isai | Northern | 30:25 | O böyük məğlubiyyət günündə Qalalar yerə çökəndə Hər hündür dağdan, Hər uca təpədən sellər axacaq. | |
Isai | Northern | 30:26 | Rəbb Öz xalqının yaralarını sarıdığı gün, Zərbəsi ilə açdığı yaralarına şəfa verən gün, Ay işığı günəş işığı, Günəşin işığı yeddi günün işığı kimi Yeddi qat artıq parlayacaq. | |
Isai | Northern | 30:27 | Budur, Rəbbin adı uzaqdan gəlir, Qızğın qeyzlə qara bulud içində Ağzı qəzəbli sözlərlə doludur, Dili sanki hər şeyi məhv edən alovdur. | |
Isai | Northern | 30:28 | Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir, Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar, Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar. | |
Isai | Northern | 30:29 | Siz isə müqəddəs bayram gecəsi kimi İlahilər oxuyacaqsınız. Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan tək Ürəyiniz şadlanacaq. | |
Isai | Northern | 30:30 | Rəbb əzəmətli səsini eşitdirəcək, Qızğın qəzəblə, hər şeyi yandıran alovla, Fırtına ilə, güclü leysanla, dolu ilə Qolunun qüdrətini göstərəcək. | |
Isai | Northern | 30:32 | Rəbbin onlara endirdiyi dəyənəyinin hər zərbəsini Dəf və liralar müşayiət edəcək. Döyüşərkən əl-qol atıb onları vuracaq. | |