Site uses cookies to provide basic functionality.

OK
LUKE
Prev Up Next
Chapter 21
Luke Northern 21:1  İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü.
Luke Northern 21:2  Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı.
Luke Northern 21:3  İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı.
Luke Northern 21:4  Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».
Luke Northern 21:5  Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi:
Luke Northern 21:6  «Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq».
Luke Northern 21:7  Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?»
Luke Northern 21:8  İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin.
Luke Northern 21:9  Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək».
Luke Northern 21:10  Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq.
Luke Northern 21:11  Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq.
Luke Northern 21:12  Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar.
Luke Northern 21:14  Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz.
Luke Northern 21:15  Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək.
Luke Northern 21:16  Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək.
Luke Northern 21:17  Mənim adıma görə hamı sizə nifrət edəcək.
Luke Northern 21:18  Amma başınızdan bir tük belə, əskik olmayacaq.
Luke Northern 21:20  Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.
Luke Northern 21:21  O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin.
Luke Northern 21:22  Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin.
Luke Northern 21:23  Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq.
Luke Northern 21:24  Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.
Luke Northern 21:25  Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək.
Luke Northern 21:26  İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək.
Luke Northern 21:27  O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək.
Luke Northern 21:28  Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».
Luke Northern 21:29  İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın:
Luke Northern 21:30  onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır.
Luke Northern 21:31  Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb.
Luke Northern 21:32  Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.
Luke Northern 21:33  Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.
Luke Northern 21:34  Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.
Luke Northern 21:35  Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək.
Luke Northern 21:36  Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun».
Luke Northern 21:37  İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi.
Luke Northern 21:38  Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi.